суббота, 27 февраля 2010 г.

Dunyani ''qavzeliler'' idare edirmis












Hafiz Mirzə
http://www.hafizmirza.com/
DÜNYANI “QAVZƏLİLƏR” İDARƏ EDİRMİŞ

( Öz hisslərinə hakim ola bilməyənlər dünya ağalığı iddiasındadır)

Adam bir bəşəriyyətin intellekt səviyyəsinə nəzər salır və bir də dünyanın vəziyyətinə baxır, sonra dodaqlarını büzüb təpəsini qaşımalı olur. Nöşün ki, insanlığın zehni səviyyəsi, elmin inkişafı, humanist duyğuların tərəqqisi və mədəniyyətin yüksəlişi ilə müasir dünyanı tamam darmadağın olmaq qorxusu altında saxlayan partlayıcıların sayı və inkişafı, törədilən haqsızlıqlar, qəddarlıqlar, zülm və ədalətsizliklər tamam tərs mütənasiblik təşkil edir. Bilmirsən insanlıq inkişaf edib, yoxsa Muğan dayçası kimi geriyə gedib. Amma bu birmənalı olaraq qəbul edilir ki, elm və texnika, etika, estetika, din, incəsənət, ədəbiyyat – hər şey inkişaf edib. İki Dünya Müharibəsindən sonra nəhayət insanlıq başa düşüb ki, məhəllənin futbol oynmaq istəyən oğlanları kimi iki qrupa ayrilib bir-birini qırmaq ağıllı yol deyil. Son vaxtlar isə onu da anlayıb ki, dünyada heç bir dövlət başqalarından təcrid olunmuş vəziyyətdə yaşamır. Hətta bir ölkəni bürümüş aclıq müxtəlif xəstəliklər doğura və ətraf ölkələri də asanlıqla bürüyə bilər. Adicə qrip epidemiyası asanlıqla dünyanın hər yerinə yayılır, ən qüdrətli dövlət də qarşısını kəsə bilmir. Buna görə də indi bəşəriyyət daha açıq Dünya müharibələri aparmır, o indi hər hansı problemi “razborka” yolu ilə həll etmək üçün BMT, zəiflərə, imkansızlara, fəlakətə məruz qalanlara kömək üçün isə Beynəlxalq humanitar yardım təşkilatları yaradıb. Dövlətlər yardım fondlarına küllü miqdarda vəsait toplayır, zəlzələ, vulkan püskürməsi, epidemiyalar zamanı ölkələrə ərzaq, dərman, texnika və xilasetmə işlərində yardım göstərir,.. Am¬ma...Ancaq... Lakin yenə də top-tüfəng səsləri qulaq batıran, torpaqları işğal olunan, vətəndaşlarının qanı su yerinə axan ölkələr var. Dövlətlər var ki insanlığı məhv edən ağ ölüm –narkotika ticarəti ilə məşğul olur. Narkotikanı öz inhisarına almaq uğrunda terrordan, vətəndaş qırğınından, sanksiyalardan istifadə edən dövlətləri hamı tanıyır. Öz ölkəsində xatalı göydələnləri özü partladıb, vətəndaşlarını tələf edən, günahını başqa ölkənin üstünə yıxıb, onunla müharibəyə başlayan dövlət də məlumdur. Elə dövlət də var ki, özü kütləvi qırğın silahları istehsalını genişləndirdiyi halda bir başqa dövləti kimyəvi bombalar istehsalına görə qınayıb ərazisini zəbt edir, bu ölkənin neftini talayır, insanlarını silahlandırıb ölkəni daimi münaqişə ocağına çevirir. Başqa ölkələrdə etnik separatizmi qızışdıran, bir ölkəni sərvətlərini rahatca mənimsəmək üçün onu daim təzyiq al¬tında saxlamağa çalışan, süni qarşıdurmalar, ərazi problemləri yaradan, yüz minlərlə insanın qaçqın və didərginə çevrilməsinə rəvac verən dövlətlər də var ki, adı “it dəftərinin” başında yazılıb. Hümin dəftərə diqqətlə baxsaq görərik ki, özünün bir qo¬tur vətəndaşına görə bütün növ iqtisadi-siyasi-hərbi sanksiyalara əl atan, amma digər ölkədə onun ucbatından hər gün onlarca, yüzlərcə, minlərcə insan həlak olan dövlətlər də az deyil. Öz ərzaqını satdırmaq üçün başqa ölkələrə süni epidemiyalar yayan, geni çıxardılmış qidalar yaradan, orqan inplontasiyası biznesi ilə məşğul olan, hər cür əxlaqsızlıq ixrac edən, qloballaşma adı ilə milli-mənəvi dəyərləri sıradan çıxardan, demokratiya quruculuğu bəhanəsi ilə ölkələri və onların bazarlarını iqtisadi-siyasi cəhətdən ilhaq edən, dini və milli ayrı-ceçkilik yayan, dünyanı ekaloji fəlakətlərə sürükləyən dövlətlər də az deyil. Hamısı da üzdə, dildə və həm də əməldə fəal humanitar yardım göstərən, xeyirxahlıq, sülh, ədalət təbliğ edən böyük dövlətlərdir. Adına “super-dövlət” deyilir, hamısı da Dünyanın qərb hissəsində yerləşir. Gəl başa düş! Təbii ki, bu dövlətlər quru, cansız aparatlardan yox, canlı, şüurlu insanlardan ibarətdir. Amma sözləri ilə əməlləri eyni deyil. Anla bu bəşəriyyəti görüm anlaya bilirsən!? Balıq başından iy verər. Məncə bütün bu təzadlara səbəb bu dövlətlərin başçılarıdır. Çünki başçılar hər şeyin başında dururlar və hər şeyə görə onlar cavab verməlidirlər. Və bu başçıların əksəriyyəti kişilərdir. Elə isə bu müəmmaların bir səbəbini də kişi qüsurlarında axtarmağımız lazımdır. Araşdıraq ki, bu dünyanı hansı kişilər və necə idarə edir. Dünya siyasətini əsasən böyük dövlətlər müəyyənləşdirdiyi üçün onların başçılarına diqqət yetirək. Amma...Ancaq... Lakin yüksək vəzifəlilər elə qalın pərdə arxasında gizlənir və ya gizlədilir ki, onların hətta insan yox robot və ya mələk olduğunu düşünürsən. 50 il əvvəl hünərin vardı bir şey öyrənə biləydin. Kompüter və internet icad edildikdən sonra dünya bir növ tumançaq qalıb. Daha çox gizlədilənlər daha çox sirlərə malik olur deyə, yazarların, repartyorların və xakerkərin diqqətini da¬ha çox cəlb edir. Bu sirlərin, bu gizlinlərin bir qismi biznes və siyasi xarakter daşısa da, böyük əksəriyyəti super-dövlət başçılarının intim dünyası ilə bağlıdır. İntim hər bir insanın ən zərif və ən həssas yeridir. Deməyək ki, yüksək vəzifəli kişilərin işi-gücü elə gözəl qadınları yoldan çıxartmaqdan ibarətdir. Kişilər yaraşıqlı qadınları görəndə çaşdıqları kimi, adətən qadınlar da qüdrətli kişiləri xoşlayır. Qadının kişini yoldan çıxartması kişinin bir qadını ovsunlamasından çox-çox asandır. Bəzən döyüş meydanlarında ən güclü pəhləvanlara və ya ən qüdrətli siyasi rəqiblərə qalib gələ bilən kişilər də çox vaxt adi qadın kələklərinə məğlub olur. Bunun Adəm və Həvvadan gələn öz tarixi var. Qadınların zinət sevdası hər zaman onları asanlıqla çaşdıra bildiyi kimi, kişiləri də yaraşıqlı qadın bir o qədər asanlıqla ovsunlaya bilir. Deməli, elə bizim düşündüyümüz kimidir. Yəni əsil siyasətçinin, əsil hökmdarın gücü və müdrikliyi də məhz qadın qarşısında tab gətirə bilməsi ilə ölçülməlidir. Öz hisslərinə hakim ola bilməyən hökmdar ölkəyə necə tam hakim ola bilər? Arvadbaz şəxslərin səhv etmə imkanları daha çoxdur axı. Qədim zamanlarda hakimiyyətə kəskin mübarizələr nəticəsində deyil, nəsil-sülalə xətti ilə rahatca gələn şahın, çarın, kralın siyasi məharəti yüksək olmur, başı daha çox eyş-işrətə qarışır, onun çoxlu məşuqəsi və arvadı olurdu. Bəzən saray əyanları buna vasitəçilik edir, bu yolla hökmdarın hirsini soyudur və ya başını qal edib ciddi işlərdən yayındırırdılar. Xüsusən şərqli hökmdarlar arvadbazlıqda daha mahir idilər. Hər kimin ki hərəmxanası yox idi qüdrətli sayılmırdı. Buna görə də onlar qiyam və üsyanlar nəticəsində hakimiyyətdən asanlıqla devrilir və ya sui-qəsd qurbanı olurdular. Başı öz hisslərinin tələbinə, bədən ehtiyaclarının ödənilməsinə qarışdığı üçün ölkənin müdafiə qüdrətini unudan və buna görə bir gün ölkəsi istila edilən, özü öldürülən hökmdarlar da az deyildi. Lakin Avropada həyat inkişaf etdikcə bəzi qüdrətli qadınlar kişilərin başına yaxşı torbalar hörə bildilər və təkarvadlıq XIX əsrdən etibarən cəmiyyətin əsas keyfiyyətinə çevrildi. Buna ailə təməlçiliyinə meylin artması da müəyyən təkan verdi. Çoxarvadlı kişilərin güclü ailəsi olmur, onlar problemlər içərisində ömrünü puca çevirir, ailələrdə mükəmməl şəxsiyyətlər yetiş¬mirdi. Çoxarvadlıqdan xilas olduqdan sonra cəmiyyətlər daha irəli getdi, ədəbiyyat, incəsənət, elm cilalandı və nəticədə bəşəriyyət son iki yüz ildə iki min il qədər böyük sürətlə inkişaf elədi. Bunu demokratik prinsiplərin ən böyük nəaliyyəti də hesab etmək olardı. Amma...Ancaq...Lakin dini dəyərlərin daha geniş şərhi və təbliği də təkarvadlığa üstünlük verməyə başladı. Bu heç də kişilərin xislətində zirvələr fəth etmək yanğısını səngitmədi. Ən uca zirvə isə ədabaz və yaraşıqlı qadınlar idi. Mübhəm olan daha maraqlı olur. Yüksək vəzifəli kişilər imkan tapan kimi eşqbazlıqdan qalmadılar. Şəhvət hissinə uduzmaları isə çox hökmdarı sıradan çıxartdı. Ramedilməz rus hökmdarı I Pyotr adi saray paltaryuyanı və əxlaqsız, liflandiyalı Marta Skavronskayaya (I Yekaterinaya) ram olmaqla, Avropanı, Asiya və Afrikanın bir hissəsini diz çökdürmüş Napoleon Bonapart isə iki uşaq anası, kubar cəmiyyətin əsas siması, dul və azad qadın Jozefina Boqarneye vurulmaqla onların hikkə və məkri qarşısında tədricən qüvvədən düşdü və sıradan çıxdı. Buna görə də özünü mahir siyasətçi zənn edənlər qadınlardan uzaq durmağa çalışdılar. Şərqli prezidentlərdə, baş nazirlər və digər yüksək mənsəblilərdə abır-həya daha üstün olduğu üçün onlar bunu daha çox gizləyə bildilər. Hətta bizimkilər eşqbazlıq ifadəsini ayıb bilib, sadəcə “bazlıq” kimi şifrələdilər. Amma aralarında gizləməyən və bununla fəxr edənlər də oldu. 400-ə yaxın arvadının olduğu bildirilən Kral Hüseyn barəsində indi də iordaniyalılar təbəssümlə və fəxrlə danışır. Səddam Hüseynin və Rza şah Pəhləvinin də bir neçə arvadı və çoxlu məşuqəsi var idi. Adi müğənni olan Ququş İran şahının başını xarab eləmişdi. Nəticədə ölkə işlərinin ipi buraxıldı və nəhayət taxt-tac əldən getdi. Hökmdarı eyş-işrətə uymuş bütün ölkələrdə islahatların keçirilməsi və inkişaf prinsipləri unudulur, arxa plana keçir, buna siyasi iradə çatmır. Avropanı inkişaf etdirən və Asiyadan çox irəliyə aparan bir böyük səbəb də qərblilərin ailədə bərabərlik prinsiplərinə üstünlük verməsi və cəmiyyətdə çoxlarının rəğbətini qazana bilən soyuqqanlı siyasətçilər yetişdirə bilməsi oldu. Odlu silahlar icad edildikdən sonra daha dünyada fiziki güc, igidlik və cəngavərlik dəbdə olmadı. Elmi inkişaf etdirmək əvəzinə başı arvadbazlığa qarışan Şərq hökmdarları daha çox məhəbbət tərənnüm edən ədəbiyyata üstünlük verdilər. Bu isə ölkəni zəiflədən, içindən yeyən amillərdən sayılırdı. Qərbi Avropada şərqlilərin zəif cəhətini bilirdilər. Avropa üçün təhlükə yaratmasın deyə gözəl qızları toplayıb xücusi təlim keçir və Şərq hökmdarlarına hədiyyə göndərirdilər. O böyüklükdə Atilla şəhvətə meyl edib arvadlarının sayını artırdı və axırda arvad əlində öldü. Çingiz xanı lap unutmuıdum. Zalım balasının 800 arvadı olmuşdu. Bu qədər arvaddla zəfər yürüşünü davam etdirmək mümkün idimi? Olmadı da! İslam dini dəyərlərinin kişilərə istənilən qədər daimi və ya siğə arvad ala bilmək imtiyazları da düzgün qavranılmır, hakimiyyət əldə edənlər daha çox arvad almağa çalışırdılar. Bu isə onların siyasi keyfiyyətlərini korşalaşdırırdı. Hökmdarın daxili enerjisi eyş-işrətə israf olunduqda onu böyük hədəflərə aparan stimul sıradan çıxırdı. Bu mənada Avropanın böyük iqtisadi-siyasi inkişafında onların şəhvət etibarı ilə soyuqqanlı olmasını da bir mühüm səbəb hesab etmək olardı. Həm də buna görə Qərb çox inkişaf etdi. Lakin qızıl ortanı tapa bilmədiklərinə görə son əsrdə Avropada qomoseksualizm, lizbianlıq, mavilik daha geniş yayılmağa və ölkələrin içinə zad etməyə başladı. Kişiliyin dərk edilmədiyi və ya dəbdən düşdüyü böyük ölkələr dünyanın qeyrətini çəkə bilərdimi? Yalnız güclü kişilik xüsusiyyətlərinə malik şəxsiyyətlər özünü qoruya və ailəsindən gələ biləcək zərbələrdən və qüsurlardan sığortalana bilərdi. O böyüklükdə Böyük Britaniyanın vəliəhdi prins Çarlz öz arvadı Diananı qoruya bilmədi və nəticədə arvad öz aşnası ilə birlikdə “avariya” edib həlak ol¬du. Bir¬cə arvadını qoruya bilməyəsən, amma dünyanı barmağına dolamaq iddiasında olan bir ölkənin kralı olmaq istəyəsən. Elə bil ki, hazır kral idi – nə dəyişmiş olacaqdı ki? Bir krala “roqatıy” deyək, “oğraş” adlandıraq, biqeyrət hesab edək – vecinə gəlməz. Çünki bu artıq onun söykəndiyi milli dəyərlərə çox da zidd deyil. Həmin ölkədə prinçessa ailəsinə, ərinə, övladlarına xəyanət etməsi ilə və faktiki fahişəliyə görə rüsvay olmaq əvəzinə öz məhəbbətinə sadiq qalan vurğun bir qadın kimi haqlı hesab olundu, sevildi, məşhurlaşdı, adı dillər əzbəri oldu, qəzetlərin manşetindən düşmədi. Başçısı arvadını və ya gəlinini qoruya bilməyən, fahişəlik rəğbət doğuran bir ölkə öz əsarətində və ya nüfuz dairəsində olan digər dövlətlərə necə ədalətli hami ola, onların təəssübünü necə çəkə bilər? Biz onun qərəzsiz, məqsədsiz, saf ədalətindən danışa və onun ədalətinə etibar edə bilərikmi?Üstündə çox dayanmayaq, keçək digər Qərb dövlətlərinə. Qərb dövlət başçıları dildə demokratiyadan, insan haqları və gender bərabərliyindən dəm vuraraq dünyanın aparıcı simasına çevrilir, əməldə isə müsəlman Şərqi 2-ci növə ayıraraq onun haqqını mənimsəyirdi. Bir də onda ayıldı ki, öz arvadları da bu gender bərabərliyindən bəhrələnib, şərqli kişilərə üstünlük verməyə başlayıb və qərbli kişiləri bir erkək olaraq 2-ci növə ayırıb. Bu hal böyük qısqanclıq doğurmasa da qadın seçicilər arasında onlara rəğbət qazandırmadığı üçün siyasi əhəmiyyət kəsb edirdi. Hətta qərb cəmiyyətlərində seksual kişi obrazı yüksək reytinqlə sevilib seçilməyə möhtac qaldı. Prinçesa Diana bir ərəb aşnaya üstünlük verirdisə, digər qadınların Şərq turnesinə rəğbəti də səbəbsiz ola bilməzdi. Buna görə də indi – XX əsrdə artıq bir sıra Qərb ölkə başçıları xalqın rəğbətini qazanmaq üçün olmadığı halda belə özünün bir “çapqın” obrazını yaratmağa çalışdı. Liderlərin erotik siyasi şousu sabiq ABŞ prezidenti Con və Robert Kennedi qardaşlarının gözəlçə Merlin Monro ilə bağlı eşq məcaraları yaxşı effekt verdikdən sonra çox populyarlaşdı.Bu barədə indi də yazılsa amerikalılar tamarzı kimi oxuyarlar. ABŞ-in digər keçmiş prezidenti Bill Klintonun təcrübəçi qadın Monika Levinskaya ilə yaşadığı çılğın eşq məcarasının dilə-dişə salınması da daha çox bir sosial sifariş idi. Həmin illərdə Klintonun reytinqi amerikalılar arasında çox aşağı düşmüşdü. Prezidentin bir erkək olaraq çapqınlığı barədə söz-söhbət onun reytinqini çox qısa zaman ərzində yüksəltdi. Amma o daha bir dəfə prezident seçilə bilməyəcəkdi. Politoloqlar eyni şou ilə həm onun təmsil etdiyi partiyanın, həm də onun xanımı Hillari Klintonun obrazının parlamasına yaxşıca çalışdılar. Hillari xanım öz qadın hüquqlarını müdafiə edən, ailəsini qorumaq naminə ərini bağışlaya bilən bir nümunəvi, əzabkeş, cəsarətli qadın kimi formalaşdırıldı və cəmiyyətə qəhrəman kimi sırıdıldı. Cəmiyyət buna yerikləyirdi. O andaca Hillari Klinton böyük reytinq qazandı və növbəti seçkilərdə az qala prezident seçiləcəkdi. İndi bu xanım ABŞ-in Dövlət katibidir. Monikanın isə, necə deyərlər, pulunu verib yola saldılar.Beləcə, gizlinlərə insan marağının yüksək olmasını nəzərə alan müğənni və aktyorlar da öz ailə-məhəbbət məcaralarını ictimaiyyətin diqqətinə çıxartmağa başladılar. Daha çox soyuna bilən və daha erotik görünüşlü müğənni daha çox populyar oldu və deməli, özünün bədən qiymətini artırdı. Onlar milyonları öz sənəti ilə deyil, gecələr imkanlı şəxslərin yatağında qazandılar. Onların ən yaxşı müştəriləri isə siyasətçilər oldu. Qərbli siyasətçilər olmadıqları halda belə bu kimi foto və video görüntüləri yaymaqla özlərinin əsil kişi obrazını yaratmağa çalışdılar. Ayın ilin indiki çağında dünya liderləri gör nə ilə məşğul idi. Dünya qadın-kişi intim münasibətlərinin reklam və nüfuz meydanına çıxarılması ilə alçaldı. İntimlə şou yapıldıqca kişilik mənəvi cəhətdən gerilədi. Bu zaman inkişaf edən isə şou-biznes oldu. Şou-biznes hətta siyasəti də üstələdi. Nəticədə son 30 ildə qazanılmış texniki tərəqqiyə daha artıq dərəcədə mənəvi kölgə salındı. ictimai-siyasi münasibətlər və dini, milli ayrıseçkiliklər kəskinləşdi və söhbətin əvvəlində təsvir etdiyimiz ziddiyətli vəziyyət yarandı. İndi elmi və iqtisadi sahələrdə XV əsrlə müqayisədə çox inkişaf etmişsə də bəşəriyyət əslində mənəvi cəhətdən çox geri düşmüşdür. Nə bunun maddi, nə də texniki nəaliyyətləri mənəvi səciyyə daşımır. Daşımadığına görə də humanizm daha çox dildədir. Bosniyada, İraqda, Əfqanıstanda, Fələstində, Hind-çində və Afrikanın bir sıra yerlərində insanlıq adına heç cür yapışmayan vəhşiliklər heç nahaq yerə törənmir. İnkişaf etmiş Qərbin yaratdığı musiqi, film, ədəbiyyat insanlarda amansızlıq, qəddarlıq, vəhşilik doğurur. İncəsənət qaba duyğular oyatdığına görə yeni yaranan elmi tərəqqi daha böyük miqdarda insan ölümünə, dağıntıya səbəb olan silahlar icad edir. O nə tərəqqidir ki, məhvə aparır? Amma... Ancaq... Lakin nə tərəqqini inkar etmək olur nə də ibtidai icma xüsusiyyətlərini xatırladan əməlləri. Mən virtual aləmdə bunu çox araşdırdım, bunların başında duran ölkə başçıları ilə çox maraqlandım. Kiminsə yataq ağı ilə maraqlanmaq, tumanı-şalvarı ilə sintezlər aparmaq heç yaxşı iş deyil. Amma söhbət ümumbəşəri məziyyətlərdən getdiyi üçün çox da utanc gətirmir. Bu ziddiyətin əsl səbəbini bilmək, anlamaq haqqım var axı. Nəticə inkaredilməzdir: dünyanın bir sıra regionlarında aparılan müharibələrin və münaqişələrin bir mühüm səbəbi dünya ağalığı iddiasında olan super dövlətlərin başında duran şəxslərin öz intim hisslərindən– şalvarından daha yüksəkdə dura bilməməsi imiş. Rusiyanın prezidenti Dimitri Medvedyev yaraşıqlı olimpiya çempionlarının sinəsinə orden-medal taxarkən ağzının suyunu uda və özünü ciddi apara bilmirdi. ABŞ prezidenti Barak Obama özünün yüksək ranqını və hiyləgər fotoqrafları unudub köməkçi xanımın arxasınca çevrilməkdən özünü saxlamırdı. Fransa prezidenti ikinci arvadının ikinci əri olan Nikola Sarkozi prezident seçilən kimi Sisilyanı boşadı və həmişə başqalarının qarşısında soyunmağa vərdiş etmiş pop-model Karlo Bruni ilə evləndi. Eləcə də İtaliya kimi dünyanın digər aparıcı dövlətinin 73 yaşlı baş naziri Silvio Berluskoni məşuqələri bir yana, bəlkə də artıq evləndiyi arvadların sayını da unutmuşdur. Rusiya kimi nəhəng dövlətin prezidenti olmuş, hazırda isə baş naziri olan Vladimir Putinin gimnastika üzrə ikiqat olimpiya çempionu Alina Kabayeva ilə böyük eşq yaşaması da onun dünya siyasətində böyük uğur qazanacağından xəbər vermir. Bunu onun Çeçenistan, Abxaziya, Qarabağ və digər onlarca problemi həll etməkdə acizliyi də sübut edir. Müasir dünyanın böyük hökmdarları bir ölkənin, böyük bir qitənin və dünyanın problemlərini qadın yubkası qədər aşağıladıqda dünyanın işləri də aşağı səviyyədə həll olunacaq. Taleyin qarğışına bax, müdrik hökmdarlar indi kiçik ölkələrə başçılıq edir. Düşüncələrimin bu yerində yadıma oğlan uşaqları düşür. Adi oğlan uşaqları. Siz də bir xatırlayın... Balaca oğlan uşaqlarının işi-gücü, fikri-zikri şalvarının qabağını islatmamaq qorxusunda qalır. Buna görə də tez-tez bir əlləri olur, bir də şalvarının qabağı. Şalvarın qabaq hissəsinə el içində qavz deyilir. Balaca oğlan uşaqları qavzı bağlamağı daha tez unudur deyə bunu görən böyüklər belə uşaqlara məzə ilə “qavzəli” adını qoyurlar. Belə məlum olur ki, super dövlət başçılarının əksəriyyətinin fikri aşağılarda dolanırmış, yəni qavzı açıq vəziyyətdə imiş. Heş demə indi dünyanı yaşlı qavzəlilər idarə edirmiş. Mən isə başımı sındırıram ki, nə üçün bu dünyanın işləri nataraz gedir. Gedər də!
Məni düzgün mülahizə yürütməməkdə qınamaq istəyənlər əvvəlcə yuxaridakı fotolara nəzər salsınlar, sonra ehtiyac olsa, gedib “Sprayt” içərlər.

































Evimize gelin gelir!









Hafiz Mirzə
http://www.hafizmirza.com/
EVİMİZƏ GƏLİN GƏLİR!
(“Gəlin gəlin olmaz, düşdüyü yer gəlin olmasa”)
III Söhbət
Gəlin evin süpürgəsi deyil
Bir toyun nəticəsində iki ailədə ciddi dəyişiklik baş verir. Birində bir nəfər azalır, yerinin boşluğu görünür, o birində isə bir nəfər artır, bu bircə gəlişlə ailədə vəziyyət və bütün münasibətlər dəyişir. Bizimkilər yeznəcanlı – kürəkəncanlı olduqları üçün yeni qurulan ailəyə gəlinin ata evi tərəfindən müdaxilə edilməsi daha çox narahatçılıqdan və qayğıdan ibarət olur. Qız atasının müdaxiləsi tam yolverilməzdir. Yaxşı qız atası öz qızının ər evindən söz gətirməsinə yol verməz və heç vaxt öz qızına bəraət qazandırmaz. Lakin təəssüf ki, bəzi qız ataları sanki öz qızını daha çox istəyirmiş deyə onun hər bir narahatçılığına öz münasibətini və müdaxiləsini bildirir və nəticədə qızının boşanmasına səbəb olur. Oğlan evi isə... Burada olan narahatçılıq ciddi təsir gücünə malikdir. Buna görə də sərbəstliyi, ayrıca evi, dolanışığı olmayan gəncin əsil kişi kimi formalaşması ciddi çətinliklə qarşılaşır. Çünki onun başının üstündə müdaxilə edənlər, yol göstərənlər, nəyisə başa salmaq istəyənlər, hər kiçik şeyə görə danlayanlar, hətta bunu gəlinin yanında həyata keçirdən ana, ata, bacı mövcuddur. Gənc heç birinə laqeyid qala, fikirlərini inkar edə, öz iradəsini irəli sürə bilmir. Nəticədə valideynlərin yanında fəxrlə “sözəbaxan oğul” olursa da öz arvadının nəzərində kiçilir, əsil kişi kimi formalaşa bilmir. Ona görə də atalar “Bir evdə iki ailə olmaz” demişlər. Oğlu evləndirənə kimi min arzu ilə yaşayan, sevinci sevincə qatan, hər cür çətinliklərə qatlaşan ata-ana toydan sonra özünü toparlaya və oğlun kişi və bir yeni ailə başçısı kimi formalaşmasına yardımçı ola bilmir, əksinə, onların ifrat narahatçılığı buna qənim kəsilir. Adətən qaynata öz gəlininin xətrini daha çox istəyir. Bəlkə də ona görə ki, ortada düşüncədən kənar düşüncə – gəlinin dünyaya onun nəslini davam etdirəcək övladlar gətirəcəyi fikri var. Amma qaynana!.. Bizdə hər qaynana müdrik ana simvoluna çevrilmir. Sanki özü də gəlin olmayıb. Xüsusən özünün evində subay və ya ərdə qızı olan analar gəlinə qarşı daha amansız olurlar. Çünki onun şəxsində öz qızını görə bilmirlər. Bu mümkün də deyil. Əgər öz qızının vəziyyəti daha yaxşı deyilsə, gəlinə xor baxırlar. Ən yaxşı qaynanadan gəlinə əsil ana, ən yaxşı gəlindən də qaynanaya əsil qız ola bilməz. Ən yaxşı halda onlar dost-rəfiqə ola bilərlər ki, buna da şərait olmalıdır. Şəraiti isə qaynana yaratmalıdır. Öz qızı olmayan qaynana ilə gəlinin rəfiqə olması daha rahat baş verir. Buna görə də adətən gəlinlər balduz (ərinin bacısı)olan ailəyə ərə getməyi əsla xoşbəxtlik hesab etmir, daha çox ayrı yaşamağa üstünlük verirlər – başlarının üstündə müdaxilə və hər şeyə əlavə rəng qatan olmasın deyə. Bu isə heç də bütün hallarda uğurlu sayılmır. Çünki gənc ailəyə maddi və mənəvi dayaq durmaq da vacibdir. Gəlinin hamilə və körpəli dövründə bu daha əsasdır. Amma arada səmimi münasibəti qurmaq çox da asan deyil. Yeni ailəyə qədəm qoymuş gəlinin müdriklik göstərməsi heç də səmimi qəbul edilməz, yekəxanalıq və çoxbilmişlik hesab olunar. Adətən qaynana və balduz gəlini daha çox sözə baxan, hər əmrə müntəzir və müti görmək istəyir. Yad qızıdır axı. Onu ən alçaq işlər buyurmaqla sındırmaq və evin süpürgəsinə çevirməyə cəhtlər olur. Əslində buna asanca ram olan gəlinin sonra ailədə heç bir qiyməti olmur. Ağıllı gəlin vəziyyətdən ustalıqla çıxmağı –”baş üstə” deyib, amma işi özü bildiyi kimi icra etməyi, dilinə şirinlik qatmağı, iş-gücdə zirək olmağı, etikanı tam qorumağı, gülümsəməyi bacarmalıdır. Yaxşı gəlin olmaq yaxşı qaynana olmaqdan daha çətindir.
Dədə Qorquddan gələn qaynana-gəlin qarşıdurması
Qaynana, qaynata və balduz onun doğma ata-anası, bacısı olmadığı üçün gəlinin nazı ilə oynamayacaqlar. Gəlinin onlardan ata evində olduğu qədər doğmalıq gözləməsinə dəyməz. Çoxbilmiş gəlinlər bəzən qaynanaya “Ana” və ya “Mama” deyə müraciət etsələr də, bunun belə olmadığını hər iki tərəf hər dəfə hiss edir. Bundansa qaynananın adına “... xanım” sözünü əlavə etmək və bu cür xitab eləmək daha səmimi olardı. Bir haldakı öz qaynanasına ərinin deyil, qaynının anası kimi tarixi-psixoloji baxış mövcuddursa və “qaynana” adı da buradan qaynaqlanırsa, gəlinin onu guya ki, özünə ana hesab etməsi heç də tam məntiqə uyğun deyil. Ən azından ona görə ki, bir adamın bir anası ola bilər. Amma gəlin üçün ər evində ən çox hörmət etməli olduğu birinci şəxs də məhz ərinin – həyat yoldaşının anasıdır. Və bu hörmət hətta əks cavab görəcəyi bütün hallarda da dəyişməməlidir. Bu gəlinə çörəyini yediyi ərindən bu çörəyə görə halallıq almaq qismindədir. Gəlinə olan rəğbətin kökündə əks tərəfin öz oğlu durur. Buna görə də gəlin öz ərinə iltifatlı və səmimi olmalı, qulluğunda dayanmalıdır. Ailədə balduzun və qayının da hər işə müdaxilə etməsi tamam faciədir. Müdrik qaynata bu zaman daha tədbirli olmalı, oğlunun ailə işlərinə sərbəstlik verməli, başqalarının qarışmasının qarşısını almalı, gəlinin yanında oğluna hörmət qoymağı, guya ki, onun fikri ilə hesablaşdığını biruzə verməyi bacarmalıdır. Çünki onun oğlu kişi kimi formalaşmalı, ailəsini hiss etməli, buna görə məsuliyyət daşımalıdır. Bunlar olmasa, ondan nə ləyaqətli kişi, ər, ata, nə də etibarlı həyat yoldaşı çıxmayacaq. Bu şərtə qaynanaların əməl etməsi daha vacibdir. O axı gəlini ilə daha çox ünsiyyətdədir. Əsas olan ortadakı nazik pərdənin qorunması, həya-abırın götürülməməsidir. Bu aradan götürüldükdə sonra düzəltmək çox çətin olur və ya heç olmur. Qaynana oğluna görə sonra bəzi şeyləri uda bilirsə də, gəlin heç nəyi unutmur, yaxşının da, pisin də nə vaxtsa əvəzini qaytarmağa çalışır. Adi ortabab ailələrdə də gəlinə ən azı tam bir il möhlət verilir, ona qarşı kəskin hərəkət qəbahət hesab olunur. Əlbəttə, bu zamana qədər “Qızım, sənə deyirəm, gəlinim, sən eşit” prinsipi qüvvədə olmalıdır. Gəlini əsil gəlin və ana kimi formalaşdırmaqdan ötrü bu formada tərbiyə ən münasib forma sayılır. Çünki gəlinlər onlara irad tutulmasını sevmirlər. Bu halda hətta balduzun olması da çox müsbət effet doğurur. Çünki balduza deyilən sözlərdən gəlin öz payını götürə bilir və bu onun xətrinə dəymir. Balduzun guya ki, öz qardaşına görə gəlinin ailə işlərinə müdaxilə etməsi qəti yolverilməzdir və daha çox fəsadı onun özünə qayıdacaq. Çünki gəlinlər qaynanaya nisbətən balduzun sərt davranışını heç unuda bilmir, hətta ona nifrət edirlər. Bəzən gəlin bir övlad doğanacan dözür. Sonsuz olarsa onu boşaya bilərlər axı. Amma bir uşaq sahibi olduqdan sonra bir çox sakit gəlinlərin də dili çıxır. Gəlinin həyası sürtüldükdə ata-ana daha öz oğlunu da itirdiyinə tam əmin ola bilər. Qaynana ailənin bütün rıçaqlarını asanlıqla gəlinə verəsi deyil. Amma o bunu tədricən də olsa verməlidir. Gəlinin qayğısına açıq-aşkar qalmaq da uğur qazandırmır. Elə bu səbəbdən çox hallarda qayğıkeş qaynananın gəlini nankor çıxır. Kürəkənə qarşı açıq diqqət məqbulsa da, gəlinə aid qayğı və istəklər bir qədər gizlində və tədricən olarsa yaxşıdır. Qaynananın bu qayğısını hiss edən gəlin onu daxilən sevməyə başlayacaq. Əgər gəlin ər evindəki qaynana, qaynata və digərlərinə etiraz etmirsə, bu heç də onun razılığının və məhəbbətinin ifadəsi sayılmamalıdır. Gəlində doğurduqları həqiqi münasibətə görə qaynana və qaynatanın qazancı və itirəcəyi daha çoxdur. Özünə qarşı qaynanası əzazil olmuş qadının öz gəlininə qarşı əzazil olması onun çox uğursuz intiqamı sayılır. Ailəsində hakimiyyəti öz əlinə almış qaynana oğlunun ailəsinin hakimiyyətini də ələ almaq istədikdə bu yalnız gəlinin nifrəti ilə üzləşə bilər. Axı “Gəlin ocağa çəkər” deyiblər. “Nə tökərsən, onu da yığarsan!” Oğul valideynləri bunu da düşüncədənkənar fikirləşməlidir ki, tamam yaşlanacaqları vaxt gəlinin qayğısına möhtac qalacaqlar. Həmin qayğını əldə edə bilmək üçün isə gəlinə gəldiyi gündən etibarən ikiqat qayğı göstərilməlidir ki, heç olmasa bir qatı göstərənlərin qismətinə çıxsın deyə. Hər qaynana yaxşı olmadığı kimi hər gəlin də yaxşı çıxmır. Yaxşı gəlin sirli boxça kimidir. Bu boxçanı dartıb açmaq yaramaz. O özü açılmalıdır. Gəlininə yüksək qayğı göstərən qaynananın qızı da evlərdə xoş münasibət görəcək. Eləcə də öz qaynanasının ehtiramını saxlayan gəlinin öz anası da öz gəlinindən yarıyacaq.
Kürəkənin də həmişə qaynana sarıdan müəyyən problemi ola bilir. Bu da qaynana onun ailə işlərinə çox müdaxilə etdikdə baş verir. Qaynata kürəkəni (qızının ərini) gəlinini (oğlunun arvadını) istəyən qədər çox istəyə bilmir. Amma həmişə kürəkənlə aralıqda qalın pərdənin qalmasında maraqlı olur. Bu mühüm amildir. Bəzən gənc kişi öz arvadının atası evinə tez-tez getməsinə yol vermir. Haqlı cəhətdir. Qız öz atası evinə az gedərsə, öz ocağına– ər evinə daha tez və yaxşı sığınar. Əlbəttə, gəlinin ata evinə həsrət qoyulması kimi nadanlıq heç də ağıllı addım sayılmaz. Ər evi nə qədər rahat və gözəl olsa da qızın həmişə bir gözü ata evində olar. Ata evindən pay gətirilən yavan çörək də dadlı-ləzzətli sayılar.
Dövlətdən dəvə, övladdan nəvə
Gəlin dünyaya övlad gətirincə onun şərafəti artır. Vay o gündən ki, bu yubansın. Təəssüf ki, son dövrlər yeni nəsil xüsusi müalicə kursları keçmədən dünyaya övlad gətirə bilmir. Gəlinin hamiləliyinin yubanmasının səbəbini hər bir qaynana birinci növbədə gəlindən bilir və yalnız bir neçə həkimin eyni qərarından sonra kişinin də müalicəsinə qərar verilir. Hamiləliyin ilk ayları gəlin üçün çox çətin keçir. Hər şey onun əsəblərini qıcıqlandırır, ən incə kobudluq da xətrinə dəyir, xüsusən də evdə bişirilən xörəyin qoxusu ona çox pis təsir göstərir və sairə. Bu zaman gəlinin nazı ilə oynayan, ona yalnız onun ürəyi istəyən yeməyi (yeriklədiyini) hazır edən, istədiyini verən qaynana udmuş sayılır. Nəvənin ana bətnində sağlam və gözəl yaranması üçün qaynana və qaynata əlindən gələn qayğını göstərməyə çalışmalıdır. Bu həm də savab işi sayılır. Bunu nəzərdən qaçırıb, onunla prinsip aparan, qayğıdan kənarlaşdıran, əsəblərini tarıma çəkən şəxslərin günahı bağışlanılmaz, gəlin də heç vaxt unutmaz. Dünyaya sağlam oğlan uşağı gətirən gəlinin hörməti artar. Çünki birinci övlad qız olduqda oğlan ümidi 2-ciyə qalır. Əks təqdirdə risk amili artır. Təəssüf ki, əksər gəlinlər bir oğlan və qızdan artıq uşaq doğmaq istəmir. Bu isə nəvələrin əmisiz və xalasız, qızın bacısız, oğlanın qardaşsız böyəlməsi deməkdir. Ailə təməlçiliyində hər kəsin öz yeri və rolu var. Bu pozulduqda nəvələrdə müəyyən qüsurun formalaşmasına səbəb olur. Fəsadını nəsil və cəmiyyət görür. Qız anası hadisələrə nə qədər çox müdaxilə etməyə çalışsa da bütün qayğıları tam ödəyə bilmir. Təəssüf ki, son dövrlər qız mürəxəs olduqdan sonra bir müddət ata evinə köçəsi, ana qayğısına sığınası olur. Ən firavan ailədə belə doğuşdan sonra gəlinin çəkdiyi əziyyətlər, körpəyə qayğının çətiniliyi, yuxusuzluq onu ən azı 4 övlad anası olmaqdan çəkindirir. Öz evində qayğıkeş qaynanası və qaynatası olan gəlin sonra hər cür çətinliyə qatlaşmağa hazırdır. Bunu daha çox qaynana və qaynata – nənə və baba istəməlidir– hər doğulan nəvə onların ömrünü uzatdığı və daha da mənalandırdığı üçün. Evinə oğlu üçün gəlin gətirməyi arzulayan ata və ana bütün bunları düşünməli, buna hazır olmalıdır. Əks təqdirdə nə özünün oğlunu, nə də başqasının qızını bədbəxt edib, bu həyatda qarğış və nalə qazanmağın nə mənası var? Oğlan tərəfi gəlin gələcəyi üçün evə hərtərəfli əl gəzdirir, təmir aparır, rəngi, aboyu dəyişir, şəraiti yaxşılaşdırır. Amma ən çox dəyişilməli olan evdəki pis ab-havadır, yanlış düşüncədir. Necə deyərlər: “Gəlin gəlməzdən əvvəl onun gələcəyi ev gəlin olmalıdır.” Əsil xoşbəxtlik də bir Simurq quşu olaraq həmin evlərin damına qonur.


Xeyir ishe Allah-Teala zamindir











Hafiz Mirzə
http://www.hafizmirza.com/
XEYİR İŞƏ ALLAH-TƏALA DA ZAMİNDİR
( Övladına toy eləməkdən ötrü heç bir valideyn çəkinməsin, amma həm də tələsməsin!)
II Söhbət
Gəlin seçməyin çətinliyi gözəlliyindən artıqdır
Yeni ailə qurulmasına təşəbbüs bütün millətlərdə oğlan tərəfdən olur. Hansısa çoxbilmiş qız atasının öz qızına münasib kürəkən müəyyənləşdirdiyi müstəsna hallar da var. Lakin bu o qədər az olan bir haldır ki, bu barədə danışmağa dəyməz və həm də belə şeylər bizim xalq tərəfindən heç də təqdir olunmur. Belə hallar qeyrət və kişilik parametrlərinə uyğun gəlmir. Qondarma vasitələrlə kürəkən seçilmiş oğlanı evlənmiş və qız almış kimi yox, gəlin getmiş– ərə getmiş kimi qəbul edirlər. İlk seçim gənc oğlana məxsus olsa da onun səhv etmə ehtimalı da az olmur. Adət-ənənənin toyla bağlı bütün mərasimlərində həlledici rol oynadığı və bütün problemləri həll etməli olduğuna görə növbəti mərhələnin qərarını oğlanın anası və atası verir. Onların isə öz ölçüləri, seçim meyarları var. Oğlundan gözaltı xəbərini eşidən ana bu məsələdən çox mütəəsir olunur, sevinc göz yaşları axıdır. O qızı görmək və tanımaq istəyir. Qərblilərdən fərqli olaraq bizdə qız özünə gözaltı tapdığını bəyan edə bilməz. Buna çox pis baxılması bir yana, həm də evdə olan kişi tayfası üçün böyük həqarət hesab olunar. Böyük qardaşlar hökmən həmin gözaltı oğlanı şillə-təpikdən keçirdərlər. Əsas olan oğulun kimisə gözaltı etməsi, yəni evlənmək üçün seçməsidir. Yalnız ananın “müsabiqəsindən” keçdikdən sonra məsələ evin kişisi – oğul atası ilə müzakirə edilir. Atanın əsas meyarı birinci növbədə qızın nəslinin ləyaqəti ilə bağlıdır. Qızın nəinki ata-anası, hətta xalası da tədqiq olunur. “Xanım qız xalasına oxşayar” deyirlər. Əgər qızın xalası gəzəyən və yüngülağıl olursa, bu çox ciddi maneə hesab edilir. Qız anası barədə deyilən hədyan fikirlər isə etiraz hökmünə birbaşa təsir edir. “Anası çıxan ağacın balası budaqlarında gəzər” məsəli nahaqdan yaranmayıb. Bunu hər hansı başqa dilə tərcümə edərsənsə mənası anlaşılmayacaq. Çünki bu bizim düşüncə tərzinə müvafiq məsəldir. Qız atasının vaxtı ilə kiminləsə roman yaşaması və digər mənfi cəhətləri çox da ciddi arqument sayılmır və dilə gətirilmir. Halbuki oğul atasının gəzəyənliyinə və digər ciddi qüsurlarına ciddi də etiraz göstərilir. Çünki “Ot kökü üstündə bitər”, yəni kürəkən də öz atasına oxşayar. Hərçənd ki, çox araşdıran, hər incəliyə fikir verən və hər deyilən pis fikrə ciddi istinad edən oğul anasının evi gəlin üzünə həsrət qalar. Evində həmyaşıd subay, ələləxüsus da bir qədər vaxtı keçmiş qızı qalan nadan qadınlar adətən başqasının qızı barədə çox da yüksək fikir söyləmirlər; qısqanclıq, paxıllıq səbəbindən. Deyilən mənfi fikirlər açıq xarakter daşımasa da ürək bulandırmağa yetir. Buna el arasında “pəl vurmaq” da deyilir. Həyatda cəmi 14 məsum olmuşsa və 15-ci olmayacaqsa, bunu gəlinin, onun valideynlərinin və qohumlarının şəxsində axtarmaq heç ağıllı hərəkət olmazdı. Gərək bu zaman hər deyilən mənfi fikrə deyil, daxili hissiyata əsaslanaraq qərar verəsən. Başı elm, təhsil və digər problemlərə, ciddi məsələlərə qarışaraq öz məhəbbət şansını nəzərdən qaçırmış oğlan üçün evlənmək vacibatının icrasını gerçəkləşdirmək üçün münasib qızı onun bacısı və anası axtarmalı olur. Bacının seçimi heç də bütün hallarda uğurlu alınmır. Məsələn, bacı özündən daha gözəl olan qıza seçim etməkdə xəsislik göstərər. Ananın seçimi isə ailəsi münasibdirsə əsasən qızın evdarlığına, iş-güclü, istiqanlı olmasına əsaslanar. Valideynlərinin vasitəsilə nişanlı tapan oğlanın ailəsi məhəbbət üzərində qurulmadığı üçün mənəvi tələblərə az cavab verər. Valideynlərin əksəriyyəti öz qızını imkanlı yerə ərə verməyə çalışır. Çox təsadüfi halda kimsə imkanlı yerlə müqayisədə imanlı yerə üstünlük verir. Xoşbəxt ailə qurulması üçün maddi təminat tam əsas olmasa da çox mühüm rol oynayır. Ən böyük məhəbbət də kasıbçılıq ucbatından səngiyir, tədricən sıradan çıxır. O da təəssüf doğurmalı haldır ki, bizdə vəzifəli və çox imkanlı şəxsin qızına elçi düşmək üçün heç də böyük tədqiqat aparılmır, bu zaman hətta qızın eybləri də gözə görülmür, nəzərə alınmır. Amma bunların səsi sonradan çıxa bilər. Münasib qız tapmaq üçün müxtəlif ölçülər olsa da, oğlanın münasib hesab edilməsindən ötrü “evi, işi, maşını, qazancı var” anlayışları kifayət edir. Ağıllı valideynlər üçün indi bu sıraya oğlanın haradasa arvadının olub-olmaması və narkomanlığı ilə bağlı narahatçılıq da əlavə edilir. Təbii ki, qızın fikri nəzərə alındıqda oğlanın uca böylu, enlikürək, xoş simalı olması arzulanar. Çox ağıllı və ailəcanlı qızlar heç də yaraşıqlı və gözəl oğlana üstünlük vermirlər. Çünki yaraşıqlı kişini yoldan çıxaran amillər daha çox və daha aktiv olur. Kişinin qadını yoldan çıxartması ilə müqayisədə qadının kişini yoldan çıxartması daha asand və tez baş verir. Oğlan üçün qızın yaraşıqlı və ya gözəl olması çox mühüm amil sayılır. Təəssüf ki, indi qızın və ya oğlanın çox ağıllı, təmiz, savadlı olması əsas meyar hesab olunmur və tərəflər özünün zahiri və maddi ölçülərinə müvafiq gələn şəxsi yox, özündən üstün olanı axtarır və eləsini seçirlər. Kişilərin yaraşığa və gözəlliyə üstünlük verməsi heç də bütün hallarda uğurlu olmur. Gözəl arvadın da qısqanclıq ucbatından günü qara olur. Eləsinin haradasa işləməsi onun özü üçün də problemlər yaradır. Gözəl qadına yalmanan kişilər çox olur çünki. Amma qızın savadsızlığına, avam və dünyagörüşünün geridə qalmasına görə də bir sıra fəsadlar baş verir. Ona görə də zahiri gözəlliyə və maddi zənginliyə istinad edilməsi ailə qurulmasında heç də müstəsna parametr hesab edilə bilməz. Hər kəsə gözəl taleyi və bol ruzunu verən Allahdır. Bir insanın hansı dərəcədə ağıllı olması özünü fərdin məhz uğurlu seçim etməsi ilə müəyyənləşir. Qadının yaşam və həyat tərzi onun seçimdə səhv etməsinə müəyyən əsas verirsə də, oğlanın səhvi onun axmaqlığının ən bariz ifadəsi hesab edilə bilər. Seçimin doğruluğunu sığortalamaq üçün qızın və oğlanın ulduzlarının müvafiq gəlməsinə də istinad etmək vacibdir. Bir sıra ölkələrdə ailə qurulması kimi çox ciddi addım atarkən seçimin dəqiqləşməsi üçün astroloqa, həkim müayinəsinə və psixoloq testlərinə də etimad göstərilir. Bizdə isə hələlik din xadiminə istixarə açması üçün müraciət edilir.
Hər valideynin ən böyük arzusu və ən böyük vəzifəsi
Valideynə ən xoş arzu olaraq həmişə övladı ilə bağlı diləklər söylənilir. Məsələn: “Allah balalarını saxlasın!”,“Belə toydan oğlun-qızın üçün olsun!”,“Allah balalarını xoşbəxt eləsin!”, “Balalarının toyunda iştirak edək!”, “Oğul-qız toyu görəsəniz!” və sair. Göründüyü kimi, övlada yönəli arzuların əksəriyyəti onun toyu ilə əlaqələnir. Və deyim ki, belə arzular bizə övladımız üçün kiminsə ali təhsil alması, uğurlu mütəxəssis və ya ləyaqətli vətəndaş olması arzularından daha şirin təəssürat bağışlayır. Bunun düşüncədən kənar sirləri var. Belə ki, övladın toyu ilə bağlı arzuların arxasında nəvə sahibi olmaq istəkləri durur. Bu əslində insan üçün özündən sonra da həyatın davamı anlamını verir. Valideynlərin yaşam və qazanc düşüncələrinin fövqündə daha çox övladın gələcək toyu ilə bağlı yığımlar mühüm yer tutmağa başlayır. Xüsusən qız anasının işi daha çətindir. Hətta “Qızın oldu qırmızı donunu əynindən çıxart” deyimi də var. Yəni qız anası övladın hələ körpə çağından cehiz yığımına başlamalıdır. Çünki qızın böyəlməsi və bir gün ərə verilməsi sanki qısa vaxt keçərək baş verir. Laqeyid valideyn bir də onda ayılır ki, qapısında elçilər durub. Eyni fikirlər həm də oğlan valideynlərinə aiddir. Fərq təkcə ondadır ki, oğula nə verilirsə öz evinə qayıdır, qıza verilən cer-sehiz isə başqa evə gedir. Qıza verilən cehizin yüksək dəyəri, keyfiyyət və cazibədarlığı həm də bir nüfuz xarakteri daşıyır. Özünə hətta həkimə getməyi, dərman almağı da qısırqayan, xəsislik edən valideyn öz qızı və ya oğlu üçün cehizlik və ya xonçalıq mala yüksək məbləği həvəslə xərcləyə bilir və bundan həzz alır. Övlad toyu görmək, elin qabağına çıxmaq, qol götürüb oynamaq böyük səadət sayılır. Mən atalar tanıyıram ki, dəvət edildiyi hər toyda sərbəst çıxış edər, alovlu nitq söyləyər, dil-boğaza qoymazdı. Amma öz övladının toyunda ona ön söz verilərkən 3-5 kəlmədən sonra qəhərləndi, səsi titrədi və boğazı qurudu. Bəy və gəlin məclisə daxil olarkən valideynin üzünə tamaşa edin. Bu zaman ananın, daha çox da atanın üzündəki xoşbəxt ifadəni dünyanın ən mahir yazıçıları və ya ən ustad rəssamları da yığışıb gəlsə tam dolğun ifadə edə bilməz. İnsan öz toyunun məsuliyyətini, çətinliyini və şərəf dərəcəsini duya bilmir, çox şeyi görmür, hiss etmir. Ancaq övlad toyunu o həm də əslində öz toyu olaraq duyur, hər bir incəliyi görür, hər şey ona təsir edir. Kimsənin nəyəsə mız qoyması, onun dəvətini saymaması, məclisdə adamın azlığı və ya gurluğu mühüm təsiredici amildir. Təbii ki, bu zaman yaxşı təəssüratlar daha bol olur. Toy yeganə yerdir ki, orada yalnız xoş söz danışılmalı, təriflər deyilməli, insana ləzzət verən çox atributlar ( zəngin süfrə, dadlı yemək, gözəl musiqi, yaraşıqlı geyim və sair) bir araya gətirilməli, hər şey qonaqların rifahına köklənməlidir. Əlbəttə, bütün bu sözlər daha çox bizim xalqa aiddir. Bizim xalq evində çox şeyi – bəzəkli otağı, dadlı yeməyi, ən xoş münasibəti qonağa ünvanlayır. Hətta “Qonaq Allah qonağıdır” deyimi də var. Toyda isə bu ailə mərasiminə 1-2 deyil, eyni zamanda yüzlərlə qonaq gəlir. Bunu evdə və ya mağarda daha rahat yerləşdirmək mümkün deyil. Bu zaman valideyni ən gözəl Şadlıq sarayı, ən mahir aşbaz, ən populyar musiqi qrupu, ən yaxşı süfrə düşündürür. Toy yalnız başlayana kimi müəyyən narahatlıq, əzab-əziyyət, çətinlik doğurur. Elə ki, başladı, hətta az və ya çox qonağın gəlməsi də əhəmiyyət daşımır, hər şey necə lazımdırsa, o cür də gedir. Ümumiyyətlə, toy Allahın izni, peyğəmbərin fərmayişi ilə olan ən xeyirxah bir mərasim olduğu üçün, onun bütün problemlərinə cənab Allahın özü zamindir. Hətta kasıb da öz övladına toy edə bilir və bu zaman əslində xalqımızın nə qədər firavan, sülhpərvər və vəhdət içərisində yaşadığının şahidi olursan. Əlbəttə, müəyyən israfçılıqlara, ifrat məddahlığa və qeyri-milli nüanslara yer verdikdə bu heç də xoşa gəlmir. Elə cəhətləri biz də az tənqid etməmişik. Bizim toyla bağlı adət və ənənələrimiz o qədər zəngindir ki, möhtəşəmliyini əcnəbiyə heç cür qandıra bilməzsən. Amma nədənsə onlar bizdən deyil, bizimkilər onlardan nələrsə götürür, toy ssenarmizin primitivləşməsinə, xarakterinin dəyişməsinə səbəb olurlar. Getdikcə bizim toylar öz milliliyini itirir. Bizdə bir ailə izdivacı üçün iki toy olardı: qız və oğlan toyu. Qız toyu iki dəfə baş verirdi: paltarkəsdi və xınayaxdı. 1-ci toy böyük ziyafət şəklində olur, 2-ci toy gəlinin ərə getməsinə bir neçə gün qalmış baş verərdi. Hər iki toyun iştirakçıları qadınlar olar, oğlan evi bu toyların təşkilati xərclərinə yardım göstərərdi. Oğlan toyu isə kişilərə məxsus idi. İndi isə bu üç toyun əvəzinə birləşmiş bir toy keçirilir və kişilərin, qadınların birgə iştirakı ilə baş tutur. Bunun maliyə faydası varsa da, milli dəyər xarakteri yoxdur. Təkcə süd pulu adlanan başlığın ləğv olunması müsbət yenilik sayıla bilər. Heç bir millətin toyunda hətta bizim kasıbın mərasimində olduğu qədər – yüzlərlə qonaq olmaz. Əvvəllər payız fəsli daha münasib hesab edilsə də, indi yay aylarında həyatımızın əsas mənası toylarda iştirak etməklə bağlı olur. Bizim guya birləşə bilmədiyimizi iddia edənlər əslində belə olmadığına toy məclislərimizə baxaraq əmin ola bilər. Toyun sonluğu da iki xarakterlidir: bir tərəf övladını ailəsindən çıxardır, yola salır, digər tərəf isə yeni övlad – gəlin qazanır. Ona görə də oğlan valideynləri sevinir, qız valideynləri isə sonda ağlayır, kədərlənir, üzülür. Hərçənd ki, bunun özü də xoş duyğulardır. Qız valideynlərinin bir arzusu da bu deyilmi? Heç təsadüfi deyil ki, üç qız böyəldib ərsəyə çatdıran və uğurla ərə verən atanın yeri cənnətlik sayılır. Allah bütün ataları övlad yanında üzüağ eləsin! Amin




Her shey aileye doqru












Hafiz Mirzə
http://www.hafizmirza.com/
HƏR ŞEY AİLƏYƏ DOĞRU
( Ailə quruculuğu hər bir millətin yaşam və inkişaf səbəbidir)
I Söhbət
İnsan həyatının təməl prinsipi
Hər millətin özünə məxsus və fərqli yaşam tərzi var. Amma Yer üzündə bütün xalqları birləşdirən bir adət var ki, o az qala dini vacibat dərəcəsində mühümdür, qaçılmazdır, inkaredilməzdir. Sanki insan həyatı bunun üzərində qurulmuşdur. Bu evlənmək, ailə qurmaq, dünyaya övlad gətirməklə bağlı olan adət və ənənələrdir. İnsan xoşbəxtliyi birinci növbədə uğurlu ailə həyatı qurması ilə formalaşır. Buna görə də insanlar uğurlu ailə qurulmasına çox mühüm önəm vermişlər. Ailə qurulması isə adaxlı seçimi və uğurlu toy keçirilməsi ilə başlanır. Hər bir xalqın maddi rifah halına uyğun olaraq bu sahədə adət ənənəsi də zəngin və ya sadə olur. Bizim xalq bu cəhətdən daha çox zəngin sayılır. Bu mənada bizim toy edilməsi, ailə qurulması, ailənin yaşam qaydaları ilə bağlı çoxlu adətlərimiz var. Əlbəttə, hamı bunların hamısını heç əvvəlki vaxtlar da icra edə, həyata keçirdə bilməmişdir. Varlının daha zəngin, kasıbın isə bir qədər fərqli və sadə adət ənənəsi olmuşdur. Amma hamısını eyniləşdirən formalar qalmışdır. Məsələn, varlı ata ərə verdiyi qızına daha zəngin sehiz vermişdir, kasıb isə bir qədər az və uguz, amma vermişdir. Elə xalqlar var ki, onlar qıza cehiz vermirlər. Və yaxud, varlının toyu qırx gün qırx gecə davam etmişdir, ortababkı üç gün, kasıbınki isə bir gün. Əsas odur ki, toy keçirilmişdir. Yeməklər, geyimlər, rəqslər müəyyən qədər fərqli olsa da, onlar da hökmən olmuşdur. Digər cəhətlər də hakaza. Bütün bu zənginlik və ya sadəlik nəyə xidmət etmişdir? Yalnız yeni qurulan ailənin xoşbəxtliyinə, firavan həyatına! Amma bunlar ilk və zahiri tərəflərdir. Xoşbəxt və firavan ailə həyatı təkcə bundan ibarətdirmi? Təbii ki, məsələnin mənəvi-psixoloji tərəfləri də var. Bu isə artıq həmin xalqın, tayfanın, elin mənəvi-psixoloji səviyyəsi ilə bağlı məsələdir. Heç də təkcə ziyalılıq və savad göstəricisi ilə bağlı deyil. O qədər alimlər var ki, xoşbəxt ailə qura bilmir, ömrü tənhalıqda, tez-tez ər və ya arvad dəyişməklə keçir. İmkanlı ailələrin övladı da hakaza. Bəzən kasıb bir ailədən çıxmış qadın və ya kişi daha güclü ailə qurur və xoşbəxt həyat yaşayır. Xristian Qərb yönümlü xalqlar indi maddi cəhətdən çox inkişaf etsə də, firavan ailə qura bilmirlər. Bəs bunun səbəbi nədədir? Məncə bu məsələ insanların şəxsi mənəvi keyfiyyətlərindən çox asılıdır. Maddi cəhətdən çox firavan yaşayanlar heç də mənəvi cəhətdən bir o qədər zəngin olmur və ya əksinə– maddi cəhətdən kasıb yaşayan ailə dini inanclar hesabına mənəvi zənginlik yaşayır. Bəs biz azərbaycanlılar bir xalq və toplum olaraq bu məsələdə hansı dəyərlərə malikik və biz ailə təməlçiliyi baxımından hansı kateqoriyaya daxil edilə bilərik? Eləcə də, özümüz özümüzü nə qədər daha dəqiq görür və daha yaxşı tanıyırıq? Məncə bu mövzunu ümumdünya çərçivəsindən çıxartmaqdansa, yəni digər xalqlarda bunun necə olmasından danışmaqdansa yalnız özümüz barədə danışsaq yaxşıdır. Ən başlıcası odur ki, biz ailəcanlı kateqoriyasına daxilik və müasir dünyada bu çox mühüm üstünlükdür. Hər şey dünyaya yeni insanın gəlməsi ilə başlanır.
1+1= 3 formulu nə deməkdir
Özünün evlənməsi və dünyaya övladının gəlməsi hər bir valideyn üçün ömrünün ən xoş və yadda qalan ən mühüm günü, hadisəsi hesab olunur. Ümumiyyətlə, bizdə valideyn üçün yaxşı sayılan bir çox şeylər var ki, yalnız övladın adına bağlıdır. Biz ailəcanlı millət olduğumuz üçün çox hallarda böyüyüb ərsəyə çatmağımız da, məhəbbətimiz də, ev tikməyimiz, ailə qurmağımız da dünyaya övlad gətirilməsinə görə olur. Qərbi-avropalılarda keyfə-damağa, rəngarəngliyə, yeniliyə, marağa və digər hallara görə olsa da, bizdə dünyaya övlad gətirə bilmədiyi üçün hətta böyük məhəbbətlə ailə quranların da ayrılması– boşanması baş verir. Heç bir qadın qüsur ərində olduğu halda övlada görə ondan boşanmır, ən kritik anda öz bacısı uşağını (baldızı və ya qaynı uşağını deyil), körpəlikdən övladlığa götürür. Yalnız istisna hallarda və ya bacısının dünyaya gələcək daha bir övladı olmadıqda uşaq evlərinə müraciət edirlər. Təəssüf ki, ikinci hal çox nadir hallarda uğur gətirir. Xüsusən valideynləri heç məlum olmayan (bic) uşaqların övladlığa götürülməsi gec-tez öz fəsadını göstərir. Son vaxtlar həyat yoldaşında qüsur olan bəzi qadınlar “müalicə” adı ilə ərini aldadaraq, bəzən isə kişinin maymaqlığından sui-istifadə edərək daha pis qüsura – süni mayalanmaya üstünlük verirlər ki, bu da əslində elə naməlum kişidən döl tutmaq – onunla cinsi əlaqə mahiyyətini verir. Milləti, dini-imanı, əqidəsi bilinməyən, öz mayasını satışa çıxartdığı üçün təbii ki, heç də təmiz, pak əqidəli olmayan naməlum insanlardan döl tutulması həyatda olan konkret kişidən döl tutulmasından daha böyük qəbahətdir. Əksər kişilər övladsızlığın qüsuru qadında olarkən o hətta sevərək evləndiyi qadın olduğu halda belə ya onu boşayır, ya da ata olmaq üçün xəlvətdə bir başqası ilə də evlənirlər. Bunun bir səbəbi kişilərin daha bir qadına meylinə görə baş verirsə, digər və əsas səbəb isə kişilərin övlad –varis arzusu ilə bağlıdır. Bütün bunlar isə həm də onun ifadəsidir ki, ailə ilə bağlı ən böyük və ən son arzuların başında yalnız övlad durur. Allah heç kəsə övladsızlıq – sonsuzluq nəsib etməsin! Nə qədər ki, ata və ya ana olmayıblar, yeni ailə quranlara hamının övlad arzuları aşıb-daşır. Bu sırada “Allah sənə oğul versin!” arzusu daha populyardır. Qız yükü ağır olduğu və ölüncə davam etdiyi üçün kimsə qız arzulamaz. Lakin ata-anaya daha çox qız övladının həyan olması da hamıya yaxşı bəlli olan həqiqətdir. Oğlun valideynə baxmaq borcunda həm də varislik imtiyazı əsas rol oynayır. Ailə qurduqdan sonra qadınla kişinin bir-birinə olan münasibətində əsaslı dəyişiklik baş verir və hər şey yeni mənalar alır. Buna özünü kökləməyi bacarmayanların ailə həyatı ciddi kataklizmlərlə üzləşir. Savadsızlıq, dünya görüşün kasadlığı, xarakterdəki tərslik, nadanlıq, əks qütblərə məxsus olmaları, milli və dini fərqlilik evləndikdən sonra bariz şəkildə üzə çıxır və onu adlamaq, ailənin ümumi maraqlarına uyğunlaşdırmaq mühüm çətinlik törədir. Böyəlib kim və necə bir insan olacağını bilməsələr də, övlad həm də ərlə arvadı bu zaman bir-birinə və ailəyə daha möhkəm tellərlə bağlayan ən gözəl vasitə hesab olunur. Bəzən ziyalı ailənin də gələcəkdə pozğun olacaq övladı dünyaya gələ bilir. Bu isə heç də təsadüfi deyil və bunun genaloji xarakter daşıyan çoxlu səbəbləri var. Bir səbəb də döl ana bətnində olarkən ananın yaşadığı hadisələrin, gördüyü insanların, ünsiyyətdə olduğu fərdlərin, yediyi qidaların, onu təsirləndirən məqamların təsiri ilə bağlıdır. Buna görə bəzən övlad öz valideynlərindən nə zahirən, nə də mənəvi cəhətdən heç birinə oxşamır. Buna görə də qadının hamiləliyi başlandıqdan sonra o qorunmalı, nəzarətə götürülməli, onun qida istəkləri tam təmin olunmalıdır. El arasında buna “yerikləmək” də deyilir. Bu dövrdə qadının daha gözəl, pak, güclü, sağlam insan və mənzərələrə, gül-çiçəyə baxması, meyvə-tərəvəz və ağartı xassəli qidalara üstünlük verməsi məsləhət görülür. Ailəyə yeni övlad öz gəlişi ilə böyük və fundamental dəyişikliklər gətirir. Körpəyə – övlada xatir bir çox problemlər həzm edilir, hər səhvin başına ip salınmır. Əsil ailə formulu məhz dünyaya övlad gəldikdən sonra tamamlanır. Övlad ailənin sevincinə, yaşam mənasına, məşğuliyyətinə, həm də əyləncəsinə çevrilir, bütün boşluqları doldurur, valideynlərin, xüsusən də atanın yaşam və fəaliyyət stimulunu artırır. Buna görə də “kişi+qadın” formulu 3-cü şəxsi doğurur və “= ata, ana, övlad” formulunu yaradır. Qeyri- səlis, amma həyatın davamına köklənmiş formuladır.
Məhəbbət fizioloji, psixoloji və mənəvi tələbatdır
Övladın varlığında formalaşmaqda olan məhəbbət (xoş duyğular yükü) təkcə onun gen yaddaşı ilə gəlmir, bu onun fizioloji inkişafı ilə əlaqədar olaraq bədəninidə gedən proseslərdən doğur və fizioloji tələbat olaraq özünü biruzə verir. Amma yaranan kimi də psixoloji tələbata çevrilir və düşüncə aparatının ixtiyarına verilir. Burada onun düşüncə (mənəvi) səviyyəsinə uyğun olaraq zövqü formalaşmışdır. Bu zövqə müvafiq gələn əks cinslə qarşılaşdıqda onun bio-aurasında müsbət enerji balansı artır. Bu müsbət enerji onun fiziki bədəninə zövq verir. Artıq məhəbbətin yaranışıdır. Fiziki cəhətdən sağlam olmayan yeniyetmədə bu proses çox ləng gedir və ya inkişafdan dayanır. Bəzən yeniyetmənin zehni inkişafı çox yüksəldikdə onun fizioloji tələbatını üstələyir və diqqətini əks cinslərə doğru maraqdan yayındırır. Bunun özü də tam sağlamlıq sayıla bilməz. Valideyn bu məqamı nəzərdən qaçırtmamalı, övladı həddən artıq zehni yüklər altına soxmaqla vunderkind yaratmağa çalışmamalıdır. Hər şey birinci növbədə fiziki inkişafdan başlayır. Yalnız sağlam bədəndə sağlam ruh formalaşır. Valideynlər uşağın və yeniyetmənin bədəncə sağlam böyəlməsini əsas götürməli, eyni zamanda onun mənəvi səviyyəsinə də diqqət yetirməlidirlər. Bəzən valideynlər uşağın güclü qidalanmasına və müəyyən fiziki idman növləri ilə məşğul olmasına şərait yaratmaqla vəzifələrini bitmiş hesab edirlər. Qidalanmanın özü də xüsusi diqqət tələb edir. Uşağın daim şirniyatla əzizlənməsi min bir mənəvi fəsada yol açır. Ət qidalarını rasionda artırmaq da onun mənəvi keyfiyyətlərini ziyan vurur. Bu zaman meyvə, tərəvəz və süd məhsullarının, xüsusən də müxtəlif şirələrin üstünlük təşkil etməsi çox əhəmiyyətlidir. Sağlam oğlan və qızın bədənində enerji istehsalı artdıqda o təkcə atılıb-düşmək, oynamaq və əyləncələrlə tam israf oluna bilmir. Bu enerji valideynlərin vaxtında müdaxiləsi nəticəsində elmə, təhsilə, yaradıcılığa və ya idmana yönəldikdə çox əgəmiyyətlidir. Bu olmadıqda yeniyetmədə 12- 14 yaşdan sonra həmyaşıd olan əks cinsə qarşı müəyyən maraq formalaşır. Bu ifadəedilməz duyğulardır. Daha çox onun vahid tam təşkil etmək ehtiyaclarından və İlahi hikmətdən doğur. Erkən məhəbbət valideynlərin ən çox qorxduğu və bizim cəmiyyətin həqarətlə yanaşdığı haldır. Halbuki yaranışında valideynlərin günahı da az deyil. Heç olmasa artıq yarandığı hiss olunduqdan sonra valideyn (ustad) müdaxilə edib, bu məhəbbətə qovuşmaq üçün yeniyetmədə stimul yaratmalı və bunu onun özü üçün uğurlu gələcək qurulmasına yönəltməlidir. Bu həvəs yeniyetməni elmə, təhsilə, sənətə bağlayır, sonra tədricən əks cinsə qarşı fiziki-mənəvi meylini azaldır. Bu olmadıqda yeniyetmə dərs öyrənə, təhsil uğurları qazana bilmir, zehni inkişafdan ləngiyir. Amma bu, məhəbbətin heç də çox qorxulu və ziyanlı bir hiss olduğu anlamını vermir. Sadəcə, ona ağılla yanaşmanın vacibliyini vurğulayır. Məhəbbətsiz ailə qurulması heç də mənəvi xarakter daşımazdı. Hər bir əməlin arxasında onun mənəvi tərəflərinin durması da çox vasibdir. Uğurlu ailə qurulmasında məhəbbətə istinad edilməsi nə qədər mühümdürsə, uğurlu məhəbbət seçimi də bir o qədər əhəmiyyətlidir. Əks tərəf şəxsin həm də mənəvi parası (yarısı) xarakterini daşıdıqda, zövqü ifadə etdikdə, düşüncələr də bir-birini tamamladıqda uğurlu məhəbbət sayılır. Bu isə gəncin sevib-sevilənədək zehni və mənəvi kamilliyinə dəlalət edir.


Qar yaqdi lopar-lopar







Hafiz Mirzə
http://www.hafizmirza.com/
“QAR YAĞDI LOPAR-LOPAR,..”
( Fevral ayı yağan qar və sönən işıqlar ilə əlamətdar oldu)

* Fevral ayının 05-də Bakıya və ölkənin bir sıra bölgələrinə əməllicə qar yağdı. Rayonların əksəriyyəti vəziyyətdən yaxşı çıxdı. Amma Bakı əməlli-başlı iflic vəziyyətinə düşmüşdü. Avtobusların sayı azalmış, “Qazel”lərin çoxu yoxa çıxmışdı. Güc düşmüşdü yerin altına – metroya. Metroda sərnişin çoxluğundan tərpənmək olmurdu. Nədənsə bir sıra stansiyalarda tabloda qatarların gediş istiqaməti yazılmır, son anda bunu nəzarətçilər elan edirdilər. Yerin üstündə isə qar-çovqun hərəkəti sıradan çıxartmışdı. Adamın Bakıya yazığı gəlirdi. 5-10 sm qara dözə bilməyən paytaxt şəhərimiz ilin 7-8 ayı qar-şaxta altında qalan Rusiya şəhərləri ilə müqayisədə çox gülünc görünürdü. Ofis qarşısında səkiyə parlaq, iri kafel-metlax pilitələr düzdürmüş şənbaz şirkət sahiblərinin qapı ağzında ayaqları qalxır və guruppultu ilə yerə çırpılırdılar. Bakıdan bölgələrə uzanan magistral yollarda isə maşınlar yoldan çıxır, sürüşüb bir-birini əzir, yolları bağlayır, keçilməz tıxac yaradırdılar. Lökbatan yolunda vəziyyət tamam “rusca” idi. Hər tinbaşı qəflətən peyda olmaq, ağlagəlməyən yerlərdə radar qurmaq və sürücülərdən könül xoşluğu ilə pul qopartmaq üzrə Gennesin rekordlar kitabına imza ata bilən şanlı yol polislərimizdən bircəsi də görünmürdü ki, ortaya qoyub başına and içək. Saatlarla davam edən tıxaca görə ayrı-ayrı fərdlər düşüb hərəkəti bərpa etməyə çalışır, avtobus sərnişinləri düşüb yoldan çıxmış maşınları dartırdılar. Çox təsirli mənzərə idi. Bu vəziyyətin günahı isə yalnız yağan qarda idi; gedib ərəb ölkələrinə yağmır, gəlib bizim təpəmizə tökülürdü. Uşaq vaxtı sözə baxmayan, özünü pis aparan uşaqlara tənə olaraq “Qar yağar lopar-lopar, flankəsi it qapar!” deyə oxuyardıq. İndi fevral qarının yaratdıgı gülünc vəziyyətə görə bu nəğməni kimə həsr edib oxuyaq? Hə-ə?!
– Sakit yoldaşlar, sakit! Söz verilir Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala müəllim Abutalıbov yoldaşa. Buyurun, Hacıbala müəllim.
* Azərbaycan ordusunda daha bir biabırçılıq baş verdi. Daşkəsəndəki hərbi hissədə haqsızlıqlardan cana doymuş əskərlər öz komandirlərini güllələdilər. Atışma zamanı onları da öldürdülər. Bizim cəbhə xəttimiz Milli Ordu hərbi hissələrinin içərisindən keçirmiş. Yazıq valideyn: övlad böyəlt, hərbi məktəbdə oxutdur, Vətənin müdafiəsinə göndər, sonra da övladını taxta qutuda üstünə qaytarsınlar.
* İran İslam Respublikası birtərəfli qaydada viza rejimini aradan qaldırıldı. Qaldı bircə sağlamlıq haqqında qan arayışı. Heç olar ki, bizimkilər bir barmaqbasdı saxlamasınlar? Amma çoxları bu “viza ləğv etmə” siyasətinin arxasında nələr gizləndiyinə əhəmiyyət vermir. Bizimkilər hələ duza gedir, duzdan qayıdandan sonra bu hənanın necə çox su aparacağının şahidi olacaqlar. İlk əlamət özünü çox gözlətmədi. Fevralın 13-də Həzrət Muhəmməd peyğəmbər salavatullahın vəfatı münasibətilə bir qrup dindar məsçiddən çıxıb “Şəhidlər xiyabanı”na doğru yürüş ediblər. Mən internetdə bu yürüşə tamaşa elədim. Dindarlar əllərində ədəli-dədəli qırmızı güllü əklil tutmuşdular. mən başa düşmədim, onlar rus qəbristanlığına gedirdilər, yoxsa... Həm də ki, peyğəmbərin vəfatı günü “Şəhidlər xiyabanı”na nə üçün gedilməlidir axı? Yenə Məhərrəmliyin Aşura günü getsəydilər, adam düşünərdi ki, Kərbəla şəhidləri Vətən şəhidlərinin məzarı üstündə anılacaq və paralellər aparılacıq. Amma... Amma mən düşündüm ki, burada İranın viza rejimini götürməsi ilə birbaşa bağlı olan nəsə var. Və deyəsən bu yürüş “razminka” xarakteri daşıyıb. Polis öz sayıqlığını əldən vermədi və “razminka” pozuldu.
* “Milli Kitab Mükafatı” özünün böyük və kiçik siyahılarını təqdim etdi. Əslində bu siyahıları kimlər müəyyənləşdirdi, özləri bilir. Bizim bildiyimiz və bir daha əmin olduğumuz o oldu ki, bu müsabiqənin nəticəsi özündən əvvəlkilərdən heç nə ilə fərqlənmiəyəcək. Hansısa ekspertlər şurası heç demə münsiflər heyətindən daha səlahiyyətli imiş. Çünki o, qısa vaxt ərzində 265 əsərdən əvvəlcə 20-ni, sonra isə 10-nu seçdi. Münsiflər heyəti üçün daha nə qaldı ki? Onsuz da guya ki, anonim keçiriləcək səsvermənin nəticəsini bu müsabiqənin tam üst qatında durmuş şəxslər müəyyənləşdirəcəklər. Hələlik ekspertlər şurası moddadır. Onlar isə əsərləri deyil, müəllifləri seçir. Biz tənqid etməsəydik 2-ci mərhələdə yəqin ki, bəzi məşhurları çıxartmayacaqdılar.Onların əvəzinə 3-4 kiloqram xəcalət çəkdik.
* Son vaxtlar ölkə mətbuatında və bir sıra nurçu tele-kanallarda İslam məzhəbləri arasında təfriqə salan pozucu çıxışlar olur. Hətta ANS kimi məzhəb oreontasiyası dəqiq məlum olan və təqdir edilən bir tele-kanalda "Günəbaxan" adlı şounun aparıcısı heç utanıb-qızarmadan "Allah, Məhəmməd, ya Əli!" deyilməsini şirk (qəbahət) hesab edir. Amma Azərbaycanın Budapeştdə futzal üzrə Avropa çempionatının 4/ 1 final oynuna çıxan yığma komandası hamılıqla "Allah, Məhəmməd, ya Əli!" hayqıraraq oyuna atılır və təbii ki, qələbə qazanır. Yığmanın oyunçularının çoxu heç azərbaycanlı və müsəlman deyil. Onlar azərbaycanlılara doğma və əziz olan bu dini duadan istifadə edir və qələbə qazanır, özümüzünkülər isə… Heç "vid-fasonlarından" saqqal-bığlarından da utanmırlar-e!
* Bakı metropolitenində işıqlar söndü. Yaxşı ki, hamısında sönmədi. Yer altında dəhşətli anlar yaşandı. Qoca var, qadın var, uşaq var,.. Nəfəs almağa isə hava yoxdur. Metro kimi mühüm strateji obyektin ehtiyat enerji mənbələri yoxdursa, hərbi -strateji obyektlərin vəziyyəti necədir? Elektrik stansiyalarının tikintisi ölkədə Şadlıq Saraylarından və yaşayış binalarından sonra 3-cü yerdə gedir. Şükür ki, belədir. Belə olmasaydı necə olardı?
*Gürcüstanda avtomobil biznesi ilə məşğul olan bir şirkət, Misirdə isə ərəb dünyasının ən öndə gedən bir internet saytı Qarabağı Ermənistan ərazisi kimi göstərir, Almaniyada dərs vəsaiti kimi buraxılan kitabda eyni qələt gerçəkləşdirilir, Cexiyanın rəsmi tele-kanalı ərazilərimizi Ermənistanın ərazisi kimi göstərir, eşşək boyda ABŞ separatçı Dağlıq Qarabağ rejiminə 8 milyon dollar yardım göstərir,.. Həmin şirkətlər guya ki, texniki səhv olub, nə bilim boş şeydir, əhəmiyyət verməyək, günahkarlar cəzalanacaq və sair sözlərlə bu qələtlərin altından sivişib çıxa bilirlər. Bəs bizim xarici ölkələrdə, məsələn, lap qardaş sayılan Türkiyədə, Rusiyada fəaliyyət göstərən şirkətlərimiz nə üçün belə "səhvlər" edib tamam Ermənistanı və ya indi onun əsarətində olan qədim Azərbaycan torpaqlarını (Zəngəzuru,Göycəni, Dərələyəzi) nə üçün Bütöv Azərbaycanın ərazisi kimi göstərən xəritə və ya o yerlərin adı ilə mal-məhsul buraxmırlar? Onların qeyrətində qatıq çalınıb?! Hə-ə, çünki Ermənistanın nəinki biznesmeni, hətta azərbaycanlı Qarabala ilə Ursiyətdə bir yastığa ağırlıq təzyiqi salan Haykanuşu da milli məsələdə öz simasını itirmir. Bizimkilər isə yalnız Vətən barədə gözəl şeirlər əzbərləməyi bacarırlar. O gün bir yerdə oxuyuram ki, eks-prezident A.Mütəllibov da Moskvada ermənilərlə biznes ortağı imiş! Bu yerdə rəhmətlik Şirin Zərdablı oxuyardı: "Dünya niyə dağılmırsan... dünya niyə dağılmırsan?"
* Hörmətli Cəmil Həsənli deyir ki, "Bizdə elmi işlərin səviyyəsi aşğı düşüb". Guya ki nə vaxtsa yüksək olmuşdu! Alimin aldığı məvacib tində tum satan Məsmə xalanın aylıq qazancından az olduqda onun elmi töhvəsi sərhədləri aşıb dünya səviyyəsinə qalxmayacaq, sadəcə, tabaqdakı quru çörəklə ekvivalentlik təşkil edəcək, vəssəlam.
*Gözlərimiz aydın olsun, nəhayət ki, Türkiyədə AKP iqtidarına mənsub deputatlar baş nazir Rəsəb Tayip Ərdoğanı peyğəmbər adlandırıdlar. Yəqin ona görə ki, bu ölkəni mövcud gülünc və bivec duruma yalnız peyğəmbər gücündə olan insan sala bilərdi. Amma onlar unudublar ki, heç bir peygəmbər dağıdıcı xassəyə malik olmayıb.Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkilləri buna qarşı ayağa qalxıblar. Üstəlik baş nazir həyat yoldaşını başıbağlı geyimlə tez-tez ekranlara çıxartdığı və bununla müsəlman əhalidə rəğbət qazanmağa çalışdığı üçün də, yəni ucuz şoumenliyə görə də kəskin tənqid olunub. Özünü mahir siyasətçi hesab edən Ərdoğan isə tamam özündən çıxıb. Özündən çıxıb kimə daxil olduğunu dəqiq bilmirəm, amma efirdə gördüyüm qədər iki partiya arasında əlbəyaxa vur-çatlasın zamanı hamı bir-birinə keçmişdi. Kimin qapazı kimin başında idi bilmək olmurdu. Təəssüf edirəm ki, o qapazlardan Ərdoğana dəyəni olmadı. Əgər Türkiyədə ərlər doğanda belə bivec baş nazirlər doğursa, görəsən biveclərin doğduqları nə olar?
* Şükür ki, bizdə vəziyyət elə deyil. Bizdə bivecləri peyğəmbər adlandırmır, sadəcə, Nobel mükafatına layiq bilirlər, vəssəlam. Məsələn, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq İdarəsinin rəisi İsmayıl Həsənovovun brüsselyoz xəstəliyinə qarşı icad etdiyi gülünc preparata görə onu yalnız bu mükafata layiq bilmək dərəcəsi ilə xarakterizə edib və bu yolla yaxşıca məzələnib. Deyirəm bəlkə biz də bəzi polkovniklərimizlə məzələnib onları general, generallarımızı isə marşal adlandıraq, bəlkə bununla nəyəsə nail olduq.
* Kilsədə cavanları görüşdürməkdən və onları güdməkdən həzz alan “pitaraz” Papa Valentinlə Mama Rozanın arasında nə fərq var - bilirsinizmi? Fərq təkcə ondadır ki, Valentini "Müqəddəs" adlandirib şəninə bayram düzəldir, Mama Rozaya isə hec bir təntənə aid etmirlər. Bəlkə ona görə ki, “mama rozalıq” artıq günün ən kiçik reallığı qədər adiləşib!
* Azərbaycanda QHT-lərin böyük əksəriyyətinin əsas fəaliyyəti qrant qopardıb yalnız treninq keçirtmək, qeydiyyat dəftəri və qələm paylamaq, bir də iştirakçılara günorta yeməyi verməklə səciyyələnir. Ölkədə peşəkar “qrantşiklər”lə yanaşı, həm də peşəkar treninq iştirakçıları formalaşıb. QHT sektorunda təkcə peşəkar işgörənlər formalaşmayıb.
*Bizim bir çox iş adamları var ki, onları “bizimki” hesab edəndə adamın bir azsa dili-boğazı quruyur. Çünki əməlləri bizə yaraşmır. Rza Zərrab adlı elə oğlanlardan biri də Türkiyədə yaşayır. Bu oğlan ermənilər və yəhudilər kimi öz ətrafına ağıllı-başlı insanları toplamaq əvəzinə müğənniləri toplayır, öz adı ətrafında qalmaqal yaradır və bununla şou-biznesdə populyarlaşır. Məsələn, özünü Əbru Gündeşlə Azəri qızı Günel arasında qalıbmış kimi göstərməklə maqazin xəbərlərinin qəhrəmanına çevrilmişdi.Guya ki, Əbru onu bir tərəfə dartır, Günel isə o biri tərəfə. Axırda o öz həmvətəninin, bir qız uşağının adını bədnam etdi, Əbru Gündeşin, nə bilim neçənci əri oldu. “Mərhəba”, arkadaş! O gün olsun ki, Seda Sayan, Petek Dingöz, Asena ve Nez kimi “ismetli” türk xanımlarının da eri olasan!
* Hollivud ulduzu Angelina Coli Haitidə zəlzələ nəticəsində valideynlərini itirmiş bir neçə uşağı övladlığa götürüb. Əslində Haitidə baş vermiş zəlzələnin hansı ölkənin partlatdığı taktonik bombanın nəticəsi olduğunu deyə bilmərik, amma indi dünyada heç nəyə inam qalmayıb, eləcə də Angelina Colinin bu səmimiyyətinə. Bütün dünyanın maddi və mənəvi sərvətlərini sümürən ABŞ-in bu xanımın məşhurluğundan istifadə edərək onu kullanması və şou yapması nəsə məni çox şübhələndirdi. Siz şübhələnməyin, əziz oxucular! Gül kimi ABŞ-in səmimiyyətinə şübhə edənlərin ağzı əyilər, gedər qalar qulağının dibində.
*Həmyerlimiz Mübariz Mənsimov Türkiyədə özünün “PalMedia” mərkəzinin rəy sorğusuna əsasən ilin ən yaxşı müğənnilərini müəyyənləşdirdi və türk arkadaşlarımıza bir xeyli mükafat payladı. Allah əlini daha da uzun etsin! O qədər uzun ki, gəlib Azərbaycan ədəbiyyatına və kinosuna da çatsın.

Durub goy uzune dash atan oqlan


Hafiz Mirzə
www.hafizmirza.com
“DURUB GÖY ÜZÜNƏ DAŞ ATAN OĞLAN,..”
(Qoca professorun “fars məzhəbi” deyimi öz başımıza çaxacağımız daşa bənzəyər)

Həyatımız yeniliklər və qəribəliklərlə doludur. Nahaq yerə demirlər ki, qulaq gündə bir təzə söz eşitməsə kar olar. Amma çox vaxt bizim eşitdiyimiz təzə sözlər heç də keyfiyyətli bir şey olmur və bu yenilikdən çox qəribəliyə bənzəyir. Yenilik isə daha çox gəncliyin adına yapışır. Gəncliyin özünü tanımaq, təsdiq etmək, dünyanı öyrənməklə bağlı cəhtləri çox gözəldir və təbiidir. Bu cəhtlər bəzən yenilik adına qələtlər buraxılması ilə nəticələndikdə bunu da ona bağışlamaq olur. Yaşlı adamların səhvləri isə adamda dərin təəssüf və ikrah hissi doğurur. Çünki onun daha nə vaxtsa düzələcəyinə ümid edə bilmirsən. Bu səhvlər ictimai şüura buraxıldıqda isə ona cavab vermək borcu yaranır. Çünki ictimai şüurun və yeni nəslin əsil həqiqət üzərində formalaşmasında publisistikanın rolu daha böyükdür. Nə oluruqsa, əslindən olmağımız lazım. Müsəlmançılığımız dı elə. İslamdan danışanda gərək hökmən onun 2 hissədən- Üsuliddindən və Firuiddindən ibarət olduğunu bildirəsən. Üsuliddinin İmamət hökmü olduğu kimi Firuiddinin də Cihadı var.Çoxlarının qorxduğu Cihad tələbi əslində əsil müsəlmanın bütün pisliklərə və İslamın Üsuliddindən irəli gələn təməl prinsiplərinin ziddinə olan əməllərə qarşı mübarizə aparmaq borcudur. Cihad təkcə qılınc götürüb İslam düşmənlərinin başını yarmaqla icra olunmur ki. Küfr əməllərə və fikirlərə qarşı qələmlə – sözlə də mübarizə aparmaq olar və həqiqəti yazmaq da bir növ cihaddır. Biz yazarlar əsil həqiqətə xidmət etmək istədikdə bu hal İblisə ram olmuş kəsləri və bir də nadanları narahat edir. İblisə tabe olanlar ya, ümumiyyətlə, mömin müsəlman deyil, dünya malı və mənsəb naminə həm də masonun, nurçuların və vəhabilərin təsiri altındadır, ya da əsil həqiqətləri dərk etmədiyi üçün, özünün naşı ictimai fəaliyyəti ilə özü də bilmədən mənfi qüvvələrin dəyirmanına su tökür. Təəssüf ki, 2-cilər bizim gənclərimiz və yaşlılarımız arasında daha çoxdur. Savanlar qərpərəstliyə, qocalar isə bolşevizm mərəzinə görə. Orta yaşlılar bir qədər şükürlüdür. Oturub həqiqət bildiyini yazdıqda qarşımızda yalnız və yalnız AZƏRBAYCANın həqiqi mənfəətləri durur. Azərbaycan bizim birbaşa Vətənimizdir, yəni evimizin içidir. Əvvəl evin içi, sonra çölü. Mən öz evimin qeyrətini çəkə bilmərəmsə, digər müsəlman torpaqlarının qeyrətini necə çəkə bilərəm ki? Cihad mənim öz içimdən, öz elimdən-obamdan, ölkəmdən başlanır. Digər İslam ölkələrinin və digər ehkamların müdafiəsi sonrakı məsələdir. Buna baxmayarq, həqiqəti yazdıqda səni ya Türkiyəyə yapacaqlar, ya da İrana. Mən özümüz türk dünyasında əsil böyük qardaş olduğumuz halda Türkiyənin böyük qardaş seçilməsi və hazırkı türk iqtidarının anti-Azərbaycan fəaliyyətini nəzərdə tutaraq tənqidi məqalələr yazarkən türkiyəpərəst psevdo-demokratların xoşuna gəlmirdi. Nəhayət Ermənistanla sərhəd açılması siyasəti üzə çıxdıqdan sonra hamısı qara eynək taxmağa başlayıb – pərt olduqları bilinməsin deyə. Eləcə də mən İranın qatı və ifrat farspərəst siyasətini tənqid edərkən, onun tulaları sayılan bir sürü adamcığazlar, “İmdad” komitəsinin yerlərdəki nümayəndələri müxtəlif bəhanələrlə əleyhimə imzalar toplayırdılar. İranın anti-Azərbaycan mövqeyi ilə tanınan “Səhər-2” tele-kanalı və onun bədnam “Kompas” verlişi məni düşmən kimi müzakirəyə çıxardanda buna sevinən çox əbləhlər vardı. İndi isə məni guya ki, İrana xidmət etməkdə ittiham edən yeni əbləhlər peyda olub. Qulağımızın yeni eşitdiyi söz də elə budur. Nədir-nədir mən şiyəliyi müdafiə edirəm və bir ateistin onu təhrif edərək “fars məzhəbi” adlandırılmasını və İranla münasibətlərin açıq ədavət üzərində qurulmasını münasib sanmıram. Məsələyə bir qədər uzaqdan və yumşaqca gəlməyim hazırkı aponentimin yaşlı bir professor olması ilə bağlıdır. Yaşını nəzərə alıb bu dəfə adını çəkmək istəmirəm – düşmən sevinməsin deyə. Əslində ikimiz də eyni amala xidmət edirik. Fərq orasındadır ki, professor köhnə stereotiplərdən, şablon ifadələrdən və bolşevik yanaşma tərzindən ayrıla bilmir, mən isə yeni və daha effektiv mübarizə variantları təklif edirəm. Elələrinin Vətəni sevmədiklərini, satqın və xəyanətkar olduqlarını iddia etmək doğru olmazdı. Sadəcə, hər kəs öz işi ilə məşğul olduqda belə naşılıqlar yaranmır. Təbii ki, ölkənin ictimai-siyası və digər bütün sahələri ilə hər hansı publisist hər gün və hansı bir siyasətçidən daha çox məşğul olur, hətta siyasətçilərin yardımçısına çevrilir. Bu işlə peşəkar fizikaçı, astronom, memar və ya ədəbiyyatşünas məşğul olduqda isə müəyyən ziddiyətlər və fəsadlar törənə bilir. Hamıdan bütün sahələr üzrə də yüksək məharət gözləmək olmaz axı. İnsan səhvdən və günahdan sığortalanmayıb. Mən 73 yaşını nəzərə alıb mənə ünvanlanmış “Fars məzhəbi” xurafat və cəhalət deməkdir” adlı yazısına cavab verməyə və onun barəmdə yazdığı bəzi fikirləri bəlkə də bağışlaya bilərdim; qoca kişidir də deyinib özü üçün. Ancaq onun məni hara-hara – İrana bağlamasını bir put balnan da yemək olmaz. Öz peşəkar işləri ilə məşğul olmayan, yerli əhəmiyyətli məsələlərdə böyük ictimai nüfuz qazana bilmədiyi halda beynəlaxalq siyasətə baş vurmuş və təbii ki orada bir səfir olaraq uğursuzluqlar yaşamış ədəbiyyatşünas professoru 2-ci qisim şəxslər sırasında görmək şəxsən məndə heç bir xoş asosiasiya doğurmur. Amma nə edim ki, professor son aylar acı bağırsaq kimi uzatdığı anti-İran məqalələri ilə bunu sübut edir, mən isə yuxarıda qeyd etdiyim Firuiddin bölmələrinə əsasən ona cavab vermək zorunda qalıram. Cavab verməsəm günahı var. Çünki kimsə onun haqlı olduğunu düşünə bilər. O isə İslamın şiyə məzhəbinə– Azərbaycan müsəlmanlarının 90%-nin dini inanclarının əleyhinə, İranda olan 30 milyondan çox soydaşımızın, İraqda, Suriyada, Səudiyyə Ərəbistanında, Misirdə, İordaniyada, Türkiyədə, Əfqanıstanda, Pakistanda, Hindistanda və digər ölkələrdə yaşayan yüzlərlə milyon şiyənin əleyhinə kəskin mövqe sərgiləyir və düşünür ki, ona baş qoşan olmamalıdır. Axı bizim milli-mənəvi dəyərlərimizin böyük qismi dini əsaslara söykənir, orada da mütləq söz şiyəliyə istinad edir. İndi şiyəliyin əleyhinə danışmaq, onu farsa bağlamaq bütövlükdə Azərbaycanı farsa bağlamağın bir növü deyilmi? Mən isə onun arqumentlərinə qarşı olan “Şiyəlik fars məzhəbi deyil, cənab professor” yazımda şiyəliyi farslara deyil, farsların özünü şiyəliyə bağlamışam. Çünki indi İran adlanan dövlətdə şiyəliyi hakim mərtəbəyə farslar yox, Azərbaycan türkləri – Səfəvilər gətirmişlər. Orta əsrlərdə hələ farsların böyük qismi atəşpərəst olaraq qalırdı. Lakin Asiyanın bu hissəsində türklər tarixi yaratdıqları halda onu yazanlar ərəblər və farslar idi. Şərqdə həmişə 3 dil hakimlik etmişdir: türk, ərəb,fars. Türklər hərbdə, ərəblər elmdə, farslar isə ədəbiyyatda daha mahir idilər. Buna görə də müxtəlif əsrlərdə cərəyan edən proseslərə müvafiq olaraq gah türk, gah ərəb, gah da fars dili önə çıxırdı. Fars dili daha çox əmin-amanlıq dövründə mövqe qazanırdı. Onun hegamonluq əldə etməsində ədəbiyyatın o dövr üçün çox mühüm təsir gücü ilə yanaşı bizim soydaşlarımız sayılan yelbeyin hökmdarların rolu da az deyildi. Fars dili I Şah Abbasın dövründə yenidən saray dilinə çevrildi. Çünki Şah Abbasın anası fars qızı idi. Eləcə də Həzrət İmam Hüseyn ibn Əli əleyhüssəlamın arvadı və 3-cü İmam Zeynalabidinin anası Şəhrəbanu (Reyhanə) fars hökmdarı I Yəzdəgirdin qızı olmuşdur. Bu isə farsları şiyəliyə cəlb edən əsas amillərdən sayılmışdır. Lakin bu heç də şiyəliyin fars məzhəbi olmasını düşünməyə əsas vermir. Çünki şiəlik (İslamda peygəmbər vəsiyyətinin tərədarları) hələ İmam Hüseynini Kərbəla faciəsindən xeyli əvvəl, peyğəmbər Rəsuli-Əkrəm vəfat etdikdən dərhal sonra yaranmış, İmam Cəfər Sadiqin (ə) sayəsində elmi-fundamental əsasları foromalaşdırılmışdır. Nə sünü təriqətləri, nə də vəhabilik o vaxt hələ heç yox idi. Peyğəmbər salavatullahın yaxın adamlarının sırasında yalnız bircə Salmani Farsinin adı çəkilir. Böyük əksəriyyət ərəblər idi. İndi İraq əhalisinin 60%-i şiyələrdir. Bu o deməkdir ki, İraqda da, Hindistan, Pakistan, Türkiyədə də fars məzhəbinə etiqad göstərilir? Bu çox gülünc iddiadır axı. Vaxtı ilə türk mənsubları onu bu ərazidə yaşayan xalqların mentalitetinə daha güclü təsir edə bilməsini nəzərə alaraq şiyəliyə istinad etmiş, önə vermiş və İran ərazisində möhtəşəm Səfəvilər xanədanı yarada bilmişdilər. Təəssüflər olsun ki, indi də bundan fars ideoloqları məharətlə istifadə edib dövlətin və cəmiyyətin əsas ideoloji dayaqlarını yarada bilirlər. Buyursunlar, bizim 70 milyonluq İran əhalisinin tən yarısını təşkil edən soydaşlarımız da fərasət nümunəsi göstərib şiəliyi özlərinin milli-birlik ideyasına çevirsinlər. Axı bunu bir dəfə, hələ erkən çağlarda Ərdəbil türkləri bacarmışdılar. İndi bu nə üçün mümkün olmasın? Dini dəyərlərin çox güclü olduğu yerlərdə milli dəyərlərin qabardılması çox çətindir. Sağlam siyasətdə utopiya ilə yox, reallıqlarla hesablaşır, onun üstünlüklərindən istifadə edirlər. Bu halda dini dəyərlərin özündən istifadə etməklə xalqı ayağa qaldırmaq olmazmı? İranda hakim rejim Azərbaycan türklərinin milli kimliyinə qarşı ögey münasibət bəsləyir, bəli! Bunu professordan daha çox elə mən yazmışam. Bəs buna qarşı İrandakı Azərbaycan türkləri nə edir? Hazırda onlar İmam Hüseyn fəlsəfəsinə ( zalıma qarşı cihad etmək) istinad edərək demokratik mübarizə aparırlar. Doğru yoldadırlar və qələbə onlarladır. Bakıda rahatca oturub qəhvə içərək məqalə yazan bəzi diletantlar isə onlara kor-koranə mübarizə metodları təklif edirlər. Alınmaz, atam balası! Onları dindən döndərmək çox çətin, müşkül və lazımsız ideyadır. Şiəliyin əleyhinə çıxışlar yapdığına görə professorun İranda səfir işləməsi uzun sürməmişdir. Adam bir sıra diplomatik etiketləri saya salmadan İranda az qala inqilabi fəaliyyət göstərməyə çalışmışdır. Xocalı müsibəti ilə əlaqədar məsçidə gedəsən və orada çıxış edib “... Min ildən artıqdır ki, xalqımız özgələrə ağlayır,.. Yadların qəbrini sayğılarla ziyarət edirsiniz,..” kimi hədyan və imansız fikirlər söyləyəsən, sənə kim etimad göstərər? Qərb dövlətləri Şah dövründə buna çox çalışdılar. Nəyə nail oldular? Onların anti-İslam siyasəti İslam inqilabı ilə nəticələndi. Kərbala şəhidlərini Yer üzündə heç nə ilə eyniləşdirmək və ya aşağılamaq olmaz. Onları özgə hesab etmək üçün gərək müsəlman olmayasan. Çünki onlar İlahi əqidə, din və Allah yolunda şəhid olublar.Allahdan daha yuxarı nə var ki? Bizim Qarabağ uğrunda həlak olanlarımız da onların yolunun davamçıları sayılaraq şəhid hesab edilir. “Şəhidlik” anlayışının özü birbaşa şiyə xarakterlidir – bunu etiraf etmək lazım. İslamın ilk şəhidi olan Həmzeyi Şühəda Peyğəmbər salavatullahın və Həzrət Əlinin(ə) əmisi olmuşdur. Şiələr də əsasən əhli-beytin (peyğəmbər ailəsinin) qatı tərəfdarlarıdır.İranda türk milli-azadlıq mücadiləsinin liderlərinin heç biri allahsız və imansız olmamışdır. Amma bizdə bolşeviklər– kommunistlər hamılıqla ateist idilər. Ona görə də onların yaratdığı Azərbaycan SSR gec-tez öz başlarına uçuldu. İranda ötən son əsrdə baş vermiş inqilabi hərəkatların hamısının başında türklər durmuşdur. Səttərxan da, Seyid Cəfər Pişəvəri də, Şeyx Məhəmməd Xiyabani də qatı mömin şiyə-müsəlman olmuşlar. Bəlkə indi İranı lərzəyə gətirən Mahmudəli Çöhrəqanlı və ya Mirhüseyn Musəvi ateist və sünnüdür? 1979-cu ildə baş tutmuş İran İslam inqilabı indi Ayətullah Xomeyninin adına yazılsa da, onun ən böyük ideoloqu və inqilabı İranda gerçəkləşdirən şəxs türk ayətullah Şəriətmədari idi. Şiyə məzhəbli müsəlman olmayaydılar, başıma dönərdilər əgər ki, xalqdan dəstək ala bilsəydilər. Bizimkilər yalnız ifrat səmimiyyət, inam və öz içindən xəyanət ucbatından farslara uduzmuşlar. Mən düşünürəm ki, indiki dövrdə onları anti-İslami dəyərlər vasitəsilə ayağa qaldırmaq cəhtləri qabaqcadan məğlubiyyətə məhkumdur. Buna görə də İrandakı soydaşlarımız farslar üzərində qələbəni birinci olaraq dini sahədə qazanmalıdırlar. İranın reallıqları ilə hesablaşmaq və ona qarşı farsların özünün istifadə etdiyi silahla mübarizə aparmaq lazımdır. Necə deyərlər, pazı pazla çıxardarlar! Bu mənim düşüncələrimdir. Burada fars təsiri axtarmaq divanəlik olardı. Kommunist partiyasının köynəyindən çıxanlar nə qədər vaxt keçsə də bolşevizm mərəzindən xilas ola bilmirlər. Mən bu nimdaş professor kimi düşünmürəmsə, deməli düşmən mövqeyindəyəm! Bərəkəllah! İranın “Səhər-2” telekanalı yəqin ki, çox böyük məmnuniyyətlə bu qoca professorun yazılarını götürüb oradakı soydaşlarımız üçün təhlil edəcək, bizi imansız kimi tanıtmağa və onları bizdən soyutmağa və ayırmağa çalışacaqdır. Bu halda professor özü də istəmədən əslində kimin dəyirmanına su tökmüş sayılır? Əlbəttə ki, İranın hakim dairələrinin və xüsusi xidmət orqanlarının dəyirmanına. Rəqibə bu böyüklükdə arqument verməkmi olar? O, İranın hakim rejiminin əleyhinə hər yazsa yeri var. Yazsın da, daha şiyəliklə nə işi var! Bu adam açıq-aşkar anti-şiyə təbliğatı aparır, sonra da deyir ki, mən şiyəliyin yox fars rejiminin əleyhinə yazmışam. Şiyəliyi təhrif olaraq “fars məzhəbi” adlandırasan, sonra da bu “fars məzhəbi”nə küfr olaraq cəhalət və xurafat damğası vurmağa çalışasan, sonra da deyəsən ki, mən şiyəliyin əleyhinə deyiləm. Biz bunun adını “şiyəliyə qarşı düşmən münasibət” deyil, bəs nə qoyaq? İnanmayanlar buyursunlar, “Olaylar”ın saytında dekabrın ortaları, yanvarın 14, 26, 27, fevralın isə 12, 17, 19 tarixli arxivinə daxil olub bu professorun yazılarına diqqətlə nəzər salsınlar. Bu şərqşünas alim şiəliyi Azərbaycandan kənarda da “fars məzhəbi” adlandırsa zalda ona neçə saat gülər və ya onu neçə saat fitə basarlar? Əvvala bunu uşaq da bilir ki, dinin, məzhəbin, təriqətin, cərəyanın milləti, ölkəsi olmur. Bu nə cılız yanaşmadır!?. Təbii ki, hazırda Azərbaycanın aparıcı siyasi dairələrində İranın hakim rejiminə rəğbət yoxdur. İrandakı bütün şiyələr isə cəfəri təriqətinə mənsubdur. Şiyəliyi fars məzhəbi adlandırmaqla bizim ölkəmizdəki şiyə-cəfərilərin də inanclarına zərbə vurulmurmu? Bu hal gənclərə mənfi təsir göstərə bilərsə də, orta və yaşlı nəsli çaşdıra bilməz, əksinə qıcıqlandırar. Onlar üzdə biruzə verməsələr də daxilən barışmayacaq və İran rejiminə qarşı mübarizədən səngiyəcəklər. Hələ üstəlik bu hal ölkəmizdə İrana meyilli qüvvələrin artmasına rəvac verəcəkdir. Mən az qala fikirləşəcəkdim ki, şiyəliyə qarşı başlamış bu kompaniya elə İran rejiminin özünün məqsədyönlü siyasətidir. Təsir əks təsirə bərabərdir axı. Yəni iranpərəst qüvvələr Azərbaycanda qəsdən şiyəliyə qarşı mübarizə aparmaqla xalqı qıcıqlandırmaq, iqtidara qarşı qaldırmaq və İrana qarşı meyilləndirmək istəyirlər. Bakının bir sıra kəndlərində artıq sürətlə bu tendensiya getməkdədir. Bunu görməmək eləmi çətindir? Ötən il professorun “Təbriz şiyəliyin yox, türk ruhunun mərkəzidir!” adlı yazısına mənim “Şiyəlik fars məzhəbi deyil, cənab professor” adlı yazım qəzetdə dərc olunduqda özüm hələ qəzeti görməzdən əvvəl ölkənin bir sıra yerlərindən çoxsaylı telefon zəngləri almağa başlamışdım. Tanımadığım bu insanlar mobil telefon nömrəmi redaksiyadan, ya da yəqin ki, internet saytımdan əldə edərək zəng vurur, öz minnətdarlığını və həmrəyliyini bildirirdi. Böyük əksəriyyəti, nə qədər qəribə olsa da, heç də şiyəliyin daha güclü olduğu ölkənin Cənub bölgəsindən və ya Naxçıvandan deyil, Şirvan mahalına daxil olan ətraf rayonlardan və Bakıdan idi. Professorun icad etdiyi “fars məzhəbi” anlayışının təbliği isə çox yəqin ki, vəhabilərə və nurçulara sərf edir. Amma mən onu nə vəhabi, nə də nurçu hesab etmirəm. Çünki vəhabi və ya nurçu olmaq üçün də dindar olmaq lazımdır. Bu inancların küfrə istinad etməsi sonrakı söhbətdir. Professor özünü dindar hesab edirmi? 73 yaşlı kişi heç ömründə namaz qılıbmı? Mövlanə Məhəmməd Füzuli İmam Hüseyn(ə) aşiqi olaraq imamın Kərbala şəhərindəki məsçidində adi xüddamlığı özünə şərəf bilir və özünün şah əsərlərindən biri olan “Həqiqətüs-süəda” əsərini yazır. Şiyə məzhəbinə rəğbəti hiss olunmayan professor isə bu əsərin tədqiqi ilə məşğul olur. Şiyəlik fəlsəfəsini öz içindən keçirtməyən, onu yaşamayan şəxs Fizulinin bu əsərini tam incəlikləri ilə dərk edə bilərmi? Elə bu cür alimlərin apardığı yarıtmaz “tədqiqatların” nəticəsi idi ki, Sovet dövründə Füzulinin həmin əsərini bizdən gizlədir və az qala şairi bizə ateist kimi sırıyırdılar. Sırımaq sahəsində peşəkar olmasını bir qədər sonra onun öz ifadəsi ilə təqdim edəcəyəm. Onların ucbatından “Leyli və Məcnun” da bizə adi məhəbbət poeması kimi təbliğ olunmuşdu. Amma bu ürfani əsər insanın məhz Allaha olan məhəbbətinin ən böyük poetik abidəsi idi. Görəsən Şeyx Nizami, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük mütəfəkkirlərimiz nə üçün şiyəliyi “fars məzhəbi” hesab etmirdi? Savadları çatmırdımı? Məni ona cavab verdiyim üçün İran prezidentinin sözçüsü zənn edən professor, Allah səni güldürsün! Mənə “hacı ağa” deyə müraciət edən 73 yaşlı bu qoca kişi təkcə bu ifadədə heç bir səhvə yol verməmiş sayıla bilərdi. Çünki mən həqiqətən də hacıyam və Allahın bu müqəddəs ziyarəti mənə qismət etməsini öz həyatımın ən qürurverici uğuru hesab edirəm. “Ağa” ifadəsində də həqarət çaları ola bilməz. Ana tərəfdən əslimiz Ərdəbil şahlarının (Böyük Səfəvilərin) nəslinə gedib çıxır deyə, özümü həm də buna görə rəiyyət hesab etməyə bilərəm. Rəiyyətin ağaya ağa deməsində nə qəbahət var ki? Amma onun bu cür müraciəti məhz həqarət və istehza mənasında işlətməsinin fərqindəyəm. Bununla məni guya ki iranpərəst və İranın adamı kimi göstərməyə çalışır, amma özünü gülünc yerdə qoyur. Mənim əleyhimə yazı yazan profesor ən azı məni internet vasitəsilə öyrənməli idi. Necə ki mən onun barəsində internetdən kifayət qədər bilgi almışam. Onda bu adam görərdi ki, 1993-cü ildə Azərbaycan dövlətçiliyi İran və Rusiyanın qızışdırdığı separatizm qarşısında ölüm-dirim mübarizəsi aparakən mən Lənkəranda Ələkrəm Hümbətov qaraguruhunun yaratmaq istədiyi qondarma “TMR” qarşı siyasi mübarizənin önündə gedənlərdən, silahlı separatçıları şturmla, əliyalın halda devirən xan lənkəranlılardan biri və qələbə mitinqini təkbaşına 23 saat aparan şəxsəm. Bunu təsdliq edən kitablar, məqalələr, xronika və nə desəniz var. Özümün dilə gətirməyim qeyri-təvazökarlıq olsa da, bu mənim həyatımın qürurverici məqamlarından daha biridir. Bəs siz o vaxt harada idiniz, cənab professor? Deyim: Siz o vaxt BDU-da Azərbaycan Ədəbiyyatı tarixi kafedrasının müdiri kimi isti bir vəzifə daşıyırdınız. Məqalənizdə mənə xitabən yazırsınız ki, “Fars məzhəbi”ni sizə sırımaq çox çətindir”. Hım! Xoruzun quyruğunu göstərdiniz! Deməli, siz etiraf edirsiniz ki, adını “fars məzhəbi” qoyduğunuz cəfəngiyyat ona-buna sırımaq üçündür. Həqiqəti heç vaxt sırımırlar. İranın hakim rejiminin siyasi mahiyyətini anlamayan bir səfir təbii ki, orada çox işləyə bilməzdi. Mən onun yazılarında farsların idbar siyasəti ilə bağlı fikirləri ilə həmrəy olduğum və razılaşdığım üçün onları xırdalamıram. Amma alnı möhürə dəyən hər bir kəs onun şiyəliyi “fars məzhəbi” adlandırmasına etiraz edə bilər və mən də edirəm, edəcəyəm də. Sözə baxın: “ Peygəmbər və mollalar dövründə isə Güney Azərbaycanın kənd və şəhərlərində quruculuq və abadlıq işləri aparılmamış, ayrı-seçkiliklər salmış,...” Deməli, 73 yaşlı bu insan peyğəmbər dövrünə də həqarətlə etiraz edir. Bunun başqa cür şirin yozumu varmı? Mənə “İran ilə Ermənistanın tərəfdaşlığından bir kəlmə danışmırsan.” deməklə o deyəsən məni Ermənistana da bağlamaq istəyir. Belə adama “qatıqlayır” da demək olar, amma mən demirəm. Buyursun, girsin saytıma və oradakı Publisistika səhifəsinin “Siyasət”, “Tarix-etnoqrafiya”,”Din” və “Milli məsələ” bölmələrindəki məqalələri oxusun. Mən Qarabağ haqda çox yazmışam, yenə də yazmaqdayam. Dini mövzulu cəmi 20 məqaləm var ki, bu da 300-ə yaxın yazının çox kiçik bir hissəsi sayıla bilər. Onları da son 2 ildə küfr fikirlərə qarşı cavab olaraq yazmışam.Şiəliyi təbliğ və müdafiə etmiş din xadimlərini “İran agenti” damğası ilə çəkindirməyə nail olmuş nurçu və vəhabi yazarların mənimlə bağlı arzuları ürəklərində qalacaq! Bu incə mətləbin fərqində olmayan professora yazdığım məqalədə “ Azərbaycançılığın canı və ruhu isə şiə-cəfərilikdədir. Əks halda türkçülük də, Azərbaycançılıq da yalnız populizm və quru şüarçılıqdan başqa bir şey olmayacaq” fikrimi mənə yazdığı cavabında bütöv deyil, heç utanmadan təhrif edərək, kontekstdən çıxardaraq ayrıca götürür və “Türkçülük də, Azərbaycançılıq da yalnız populizm və quru şüarçılıqdan başqa bir şey olmayacaq” kimi ifadə edir və oxucuları qəsdən çaşdırmağa, əleyhimə kökləməyə çalışır. Ayıb deyilmi? Amma mən yenə də onu bağışlayıram: professor bəlkə də latın qrafikasını səlis oxuya bilmədiyi üçün fikri düzgün başa düşməyib – olan şeydir. Həqiqət qarşısında yalançının çaşması da təbiidir. Bu da bir həqiqətdir ki, İrandakı hakim rejimin mahiyyətində qismən fars millətçiliyi olsa da, əslində bu hakimiyyətdə farslar qədər də Azərbaycan türkləri iştirak edir. Elə mənim çoxdan baxmadığım, anti-Azərbaycan mövqeli “Səhər” televiziyasının “Kompas” verlişində çalışanlar da türklərdir. Deməli, onun “fars məzhəbi” anlayışı boş ifadədir. Orada hakimiyyət eşqi daha yüksəkdir və buna görə nə milli, nə də etnik mənsubiyyət vecə alınmır. Hakim rejimə qarşı müxalif olan eks-prezidentlər Rəfsəncani, M.Xatəmi ki farsdır. Axı İranın Ali Dini rəhbəri Seyidəli Xamneyi də əslən azərbaycanlıdır! Bu günlərdə mənim elektron poçtuma nurçu və vəhabi olduqlarını aşkar hiss etdiyim şəxslərdən məktublar, müxtəlif ismarıclar gəlməyə başlayıb. Professorun mənə onlarla eyni vaxtda cavab verməsini vahid bir mərkəzlə əlaqələndirmirəm. Amma üstündən ay yarım ötəndən sonra mənə cavab yazması o deməkdir ki, kimsə onun hissləri ilə oynayıb. Bunu onun mənə qarşı yaşına yaraşmayan hikkəli fikirlərindən də aşkar duymaq olur. Qərbpərəst, müasir, türkçü və barışmaz mübariz kimi görünmək istəyən bəzi yaşlı “alimlərin” bu kimi şit, cılız və bolşevik siyasəti İranı bizə qarşı açıq düşmənə, Ermənistana qarşı isə açıq dosta çevirmişdir. Bu bizə sərfəli deyil! Siyasətlə məşğul oluruqsa, bir az da helmimizin olması lazımdır. Kimin necə köpəyoğlu olmasını dildə deməkdənsə əməldə ifadə etmək daha yaxşı olardı. Babbalaca İsrail helmlə bütün dünya ağalığına nail olub. Biz isə “loba-lob” siyasətin nəticəsi olaraq Vətən torpaqlarını itirə-itirə gedirik. Yenə də deyirəm, aranı qarışdırmasınlar, buraxsınlar Dövlətimiz əvvəlcə Qarabağ məsələsini uğurla həll etsin, digər məsələlərə sonra baxarıq. Birinə gücümüz çatmadığı halda iki problemi birdən həll edəcəyimiz ağlasığmazdır axı! Beş addımlıqdakı Xankəndinə, İrəvana gedə bilməyən dar düşüncəli insanlar ifrat millətçiliyə yuvarlanaraq bayrağımızı aparıb Çində sancacaqlarını bəyan edirlər. Bizim əlavə düşmən qazanan vaxtımız deyil axı. Əgər qəlbimizdə, şüurumuzda Bütöv Azərbaycan sevdası varsa, Cənubdakı soydaşlarımızla aramızı istiləşdirən, bizi yaxınlaşdıran məqamları tapmalı, qabartmalı, şişirtməliyik. Məncə şiə-cəfərilik də bu sıradadır. Düşməni aşkar duyuq salmaq və hürkütmək olmaz-e! Çəkilin yoldan, imkan verin Cənubla bağlı yeni strategiyanı yeni nəsil qursun. Köhnələrin köhnə fikirləri daha yaramır, əksinə, farsların əlinə dəstəvuz verir. Lap göyə daş atıb altında qalan uşaqları xatırladır.
Ramiz Rövşən necə də gözəl yazıb: “Durub göy üzünə daş atan oğlan, göy üzü daş saxlamaz, atam balası!”




Gorunen kende ne beledci

Meqale:
Hafiz Mirzə
www.hafizmirza.com

GÖRÜNƏN KƏNDƏ NƏ BƏLƏDÇİ
( Daha bir kitab müsabiqəsinin siftəsini kor etdilər)

Adın yanlış olması da çox söz deyir
Öz fəaliyyəti ilə milli-mənəvi dəyərlərə xidmət etdiyi halda bəzən yazarlara çoxları başıxarab kimi baxır, ona yaxşı dolanmaq üçün məsləhətlər verir. Yazarların problemi isə bütövlükdə cəmiyyətin problemi olaraq qəbul olunmalı və ona yazarın dolanışıq mücadiləsi kimi yanaşılmamalıdır. Yaradıcılıq İlahi xüsusiyyət olduğu üçün yazarın probleminin həllində həm də cavab elementləri vardır. Amma kimsə bu sa¬va¬bı qazanmaq istəmir. Biz kitab biznesinin yaranması, formalaşması və ədəbiyyatın in¬ki¬şafı naminə Dövlət Dəstəyi və digər variantlar, yollar təklif edirdik. İnsafən, son vaxt¬lar ədəbiyyatın problemlərinə diqqət yetirilməsi sahəsində müəyyən dəyişikliklər hiss olunur. Son günlər ölkə başçısının Dövlət Mükafatı Komissiyasının forma¬laş¬ma¬sı ilə bağlı verdiyi sərəncam bu sırada təsadüfi sayıla bilməz. 2008-ci ildə “Qızıl kəl¬mə” mükafatının verilməsi bu boşluğa ciddi təsir etməsə də heç olmaması ilə mü¬qa¬yisədə şükür etməyə əsas verirdi. 2009-cu ilin sonunda “Əli və Nino” kitab evinin sahibi Nigar Köçərli ortada görünməsi bir yenilik sayıla bilərdi. Əlbəttə, əgər ki, ob¬yektiv keçiriləcəkdisə. Birdən birə və heç bir yaradıcılıq profili olmayan kitab evinin “Milli Kitab Mükafatı” təsis etdiyini bəyan etməsi nə qədər qəribə olsa da diqqətə layiq hadisə hesab oluna bilərdi. Bu xanımın kitab biznesi yaratmaq çabaları və mü¬əy¬yən uğurları diqqəti cəlb edir, amma Azərbaycan yazarları onun səmimiy¬yə¬tinə çox da inanmırdılar. Azərbaycanda “Akademkitab”ın direktoru Əliağa müəl¬lim¬dən daha artıq kitab təəssübkeşi və işgüzar olmayacaqdı ki. Amma Əliağa müəllimin ma¬ğa¬zasını köçürdüb yerində restoran və ya brend-market açmaq düşünüldüyü halda, bu gənc xanımın qarşısında yaşıl işıq yandırılır və o da öz şəbəkəsini genişləndirirdi. Bi¬zim nəyimizə lazım kim kimin nəyidir və ya arxasında kim dayanıb. Çinlilərin ayağı açılandan sonra daha Azərbaycanda sahibsiz itlər də yoxdur. 15-ci məsumu axtarmaq elə biz yazarlara qalnayıb ki! Məni sevindirən bu xanımın kitab mağazaları şəbəkəsi yaratması idi. Günlərin bir günü “Milli Kitab Mükafatı” (“MKM”) təsis etməsini də mən əvvəlcə xeyirxah bir addım kimi qarşıladım. Amma mükafatın adı bir qədər yer¬siz görünürdü. Çünki “Milli” sözü çox ciddi ifadədir və “Dövlət” sözünə paralel işlə¬di¬lən anlayışdır. Bu adda mükafatı yalnız hökumət və ya dövlətin razılığı ilə AzYB, ən dəqiqi isə Milli Elmlər Akademiyası təsis edə bilərdi. O halda da yaradılan ko¬missiyaya yalnız nəşr edilmiş və artıq kitab halında olan əsərlər təqdim edilməli idi. Necə ki vaxtı ilə ilin ən yaxşı kitablarına Dövlət Mükafatı verilərdi. İlin Milli Kitabı kimi təkcə bədii kitab deyil, elmi və ya publisistik kitabın da seçilməsi düzgün idi. Amma burada bu adda mükafat yalnız bədii və nəsr kitabına veriləcəkdi. Kitab ifa¬də¬si təkcə ədəbiyyata aid deyil axı. Göründüyü kimi, bu çox böyük anlayış idi və arxa¬sında yüksək mənbələr dayanmalı, mükafat olaraq daha yüksək məbləğ qoyulmalı idi. Adi bir kitab evi 3000 manatlıq “Milli Kitab mükafat” təsis edə bilirsə, deməli, sabah bir dönər dükanı “Milli mətbəx”, flarmoniya bağındakı ma¬nıslar “Milli müğənni” və ya Bakını pis kökə salmış “prorablar” yığışıb “Milli me¬mar” mükafatı da təsis edə bi¬¬lər. Bu mənada Nigar xanımın mükafata “Xəzər in¬cisi”, “Əsrin nəfəsi”, “Odlar yur¬¬du” və ya “Qızıl klaviatura”, “Sönməyən monitor” ki¬mi adlardan birini qoyması da¬ha doğru idi. Şəriətdə adın yanlışlığı heç də kiçik məqam sayılmır. Məsələn, kəbin kə¬silərkən tərəflərin adında buraxılan bircə hərif səhfi də bu izdivacdan doğulacaq övladın zinadan törənməsi anlayışını yaradır və “bic” adını doğurur. Bu müsabiqənin də yaranışından səhv kökləndiyini görməmək mümkün deyildi, amma məqsəd, mə¬ram, niyyət doğru olduğu üçün susmağın və sonunu gözləməyin yeri vardı. Verilən ya¬zılı və şifahi məlumatlara əsasən mükafatın təsis edilməsi ilə bağlı məqsədlər cə¬miy¬yətin diqqətinin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, Azərbaycan mədə¬niy¬yətinin zənginləşdirilmsinə yönəlmiş ədəbiyyat əsərlərinin müəlliflərinin axtarışı və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsindən ibarət idi. Buna görə bir sıra forumlarda bu xanımı alqışladıq, bədxahlardan müdafiə etməyə çalışdıq, təşkilatçılar Lənkəran ictimaiyyəti ilə gö¬rüş¬mək istədikdə əlimizdən gələn köməkliyi əsirgəmədik. Hətta “CTV” də çıxış etdikləri zaman canlı bağlantıya qoşulub, bu xa¬nı¬mın belə müqəddəs amala görə sağ əlini nə¬zə¬ri cəhətdən götürdüm və qoydum ölkə¬nin daha imkanlı iş adamlarının başına. Am¬ma heç demə bütün bunlar görüntü imiş və ölkə səviyyəsində növbəti şou yapılırmış. Çox təəssüf ki, təsisçilərə inananlardan və bu şouya öz yazılarımı təqdim etməklə röv¬nəq verənlərdən biri də mən oldum. İnamsız yaşamaq olmur axı.

Müsabiqənin nizamnamə səhvləri

“Milli Kitab Mükafatı” müsabiqəsinin təkcə adı yanlış deyildi, onun nizam¬na¬mə¬sində də kifayət qədər səhvlər vardı və bu kimi səhvlər onun obyektiv keçirilməsinə mane olacaqdı. O vaxt bunları yazıb təqdim etmək istədim, amma müsabiqəyə əsər verdiyim üçün zəhlə tökmək istəmədim. Çox danışanı kim xoşlayır ki! Sonralar daha dərindən maraqlandıqca o qədər “qəmbərqulu” tapdım ki, hətta təqdim etdiyim 3 yazıdan hər hansı birinin ilk 20-liyə düşməməsini də Allahdan arzuladım. Nizam¬na¬mə¬dən görünən və gedişatda üzə çıxan boşluqlar qaliblər üçün halallıq saxlamırdı. İnan¬ma¬yan¬lar üçün nizamnamənin bəzi maddələrinə bir daha nəzər sala bilərik. Ni¬zam¬¬namədə bildirilir ki, “2.5 Hər müəllif ən çox üç əsər təqdim edə bilər.” Hər hekayə və ya povest də bir əsər hesab olunmurmu? Elə isə “1.4 Müsabiqəyə minimum 40 000 işarədən (o cümlədən məsafələr) ibarət olan hekayələr, povestlər, romanlar, povest və ya hekayələr məcmuları təqdim edilə bilər.” nə deməkdir? Axı hekayələr və povestlər məcmusu burada rəqəmi 3-dən yuxarı qaldırır və elə çıxır ki, bir müəllif hər birində 15-20 hekayə (15-20 əsər) olan 3 bağlama, əs¬lində isə 50-60 əsər təqdim etmiş olur və bununla da say meyarı qeyri-dəqiqləşir. 40 min işarəlik baryer də çox gülünc idi. Heç Dostoyevski də 40 min işarəlik hekayə yazmayıb. C.Məmməd¬qulu¬za¬dənin görəsən hansı hekayəsi 40 min işarəlikdir? Digər bölmədə “1.5 Mükafata müəllifin vətəndaşlığından asılı olmayaraq Azərbaycan dilində yazılmış bütün əsərlər və əsərin dilindən asılı olmayaraq Azərbaycan vətəndaşı tərəfindən yazılmış əsərlər təqdim oluna bilər” yazılmışdı. Bu isə o deməkdi ki, Azərbaycan dilini bilən və yaxud təmiz bilməsə də tərcümə etdirən bir erməni və ya rus da internet vasitəsilə müsabiqədə öz əsəri ilə iştirak edə bilər və bu halda qalib gəlmək ehtimalı artıq olduğu üçün ( Biz ölmürük beynəlmiləlçilik nü¬ma¬yiş etdirməkdən ötrü!) onun əsəri bizim üçün Milli kitab hesab olunar. Təsəvvür edin ki, azərbaycanlı yazarın tat, ləzgi, kürd, ivrit, talış və ya rus dilində yazılmış bir əsəri qalib gəlir və bizim “Milli Kitabımız” elan olunur. Hərçənd ki, məhz buna ehtimal heç də az deyil. Çünki ilk 20-liyə salınmış Samit Əliyevə Nigar xanımın xü¬susi sim¬pa¬tiyası var və hətta bir müsahibəsində onu “Azərbaycan yazıçıları arasında №1” ad¬lan¬dırıb. Məncə rus dilli əsərin qalib elan edilməsi Azərbaycanda əsil milli (azər¬bay¬can¬ca) ədəbiyyatın yaradılmasının mümkün olmadığını və bu ədəbiyyatın artıq qü¬ruba endiyini sübut etməyə hesablanmış niyyət də sayıla bilər. Nizam¬na¬mənin “2.1 Əsər müəllifin özü tərəfindən müsabiqəyə təqdim olunur” fikri “2.7 Müsabiqədə iş¬tirak üçün aşağıdakı materiallar Mükafatın elektron ünvanına gön¬də¬ril¬mə¬lidir:..” fikri ilə uzlaşmırdı. Əgər internet vasitəsilə göndəriləcəksə, müəllifin şəxsən harasa gəlməsinin nə mənası vardı? Eləcə də “3.2 Münsiflər Heyətinin tərkibində müxtəlif peşə sahibləri olur: yazçılar, alimlər, sahibkarlar, ictimai xadimlər, mədəniyyət xadimləri, jurnalistlər” maddəsi çox çiy idi. Əslində münsiflər he¬yə¬tinə yalnız ədəbiyyatşünas alimlər, tənqidçilər və yazıçılar daxil edilə bilərdi. İc¬ti¬mai xa¬dimin, sahibkarın, başqa sahənin alimlərinin orada nə işi var ki? Məsələn, MM üz¬vü Rəbiyyət Aslanova və ya teleaparıcı Nərgiz Cəlilova ədə¬biy¬ya¬tın hansı dərəcədə da¬ha mü¬kəmməl bilicisi hesab olunur? “3.6 Münsiflər Heyətinin siyahısı Müka¬fa¬tın saytında qeyd olunur.” maddəsi də doğru deyil. Əsil obyektiv keçiriləcək müsa¬bi¬¬qənin münsiflər heyətinin siyahısı sonacan qapalı qalmalıdır. Bu¬rası Azərbaycan; burada müəlliflərin onlara ciddi təsiri də ola bilər, təzyiqi də. Ümu¬miy¬yətlə, əsil ob¬yek¬tiv müsabiqə tam anonim keçirilməli idi. Belə ki, bu halda mü¬əllif, yalnız dərc olun¬mamış əsəri ilə iştirak edir və əsərin müəllifi kimi yalnız xüsusi kod qeyd olunur. Bu kod müəllifin şəxsiyyət vəsiqəsinin nömrəsi olarsa daha yax¬şıdır. Çünki şəxsiyyət və¬siqəsinin nömrəsindən heç vaxt daha biri ola bilməz. Bu halda nə Ekspertlər Şurası (EŞ), nə də münsiflər heyəti müəllifin kimliyinə nəzərən tərəfkeşlik edə bilməyəcək və ya müəllifdən çəkinməyəcəkdi. Eləcə də müəlliflərin qəbul edilməmiş əsərə görə kim¬¬sə¬ni itttiham etməyə haqqı olmayacaqdı. Çünki hər iki he¬yət yalnız təsisçilərə mə¬¬lum ola bilərdi. Digər obyektiv formalar da vardır. Kitab şəklində nəşr olunmuş əsər¬lə¬rin müsa¬biqəsi isə ayrıca və bir başqa mexanizmlə keçirilməli idi. Malı mala qat¬maq olmazdı. Ni¬zamnamədə EŞ-ı Münsiflər heyətindən daha “avtoritetnı” gö¬rü¬nür¬dü. Fəaliyyəti heç bir norma və ya şərtlərlə tənzimlənməyən EŞ-hın üzvü öz zöv¬qü ilə kimi istəyirsə seçə, tanımadığı, xoşlamadığı, ədavəti olan və ya gözünə pis gö¬rünən müəllifin əsərini qəsdən bir kənara ata bilərdi. Buna gö¬¬¬rə də “uzun” və “qısa” siyahı müəyyənləşdikdə əsərlərə verilən yekdil yazılı rəyin də əlavə edilməsi vacib idi. Eləcə də seçilməyən əsərlərin siyahısı ictimaiyyətə təq¬dim olunmalı və ob¬yektivlik naminə onların barəsində də qüsurlar, mənfi rəy əks edilməli idi. Bu halda mü¬¬¬əllif öz hüquqlarının hansı dərəcədə tapdalandığının və ya tapdalan¬ma¬dı¬ğı¬nın şa¬hi¬¬di olacaqdı. Ola bilsin ki, müəllif öz əsərinə qərəzli münasibətin şahidi olsun. Bu hal¬¬¬da o nə edə bilərdi? Məncə nizamnamədə Apelyasiya komissiyası da nəzərdə tutulmalı və bu ko¬missiya ediləcək müraciətlər əsasında tədqiqat apar¬dıqdan sonra haqqı bərpa etmək üçün əsəri uzun siyahıya əlavə etmək səlahiyyətinə malik olmalı idi. EŞ-nın hansı meyarları əsas götürməsi də geniş qeyd edilə bilərdi. Və müsa¬bi¬qə¬də iştirak pullu olmalı, bu pul EŞ-na ödənilməli idi. “Səsvermə nəticələrinin qiymət¬lən¬dirilməsi” maddəsi də qeyri-dəqiqliyə yol verə biləcək nüanslarla zəngin¬ləş¬diril¬mişdi. Beləcə bir çox hallarda təsisçinin təsir mexanizmi üçün yollar saxla¬nıl¬mış¬dı. Məncə sonuncu mərhələdə Münsiflər heyətinin bütün üzvlərinin eyni saat, eyni dəqiqədə hamı üçün açıq on¬layn sistemlə qiy¬mət göndərməsi qeyd edilməli, kiminsənin ən sonda qiymət verərək nəticəyə təsir edə bilməsi üçün əl yeri qalmamalı və nəticə hamının gözü önündə müəyyən edilməli idi. Əl¬bəttə, əgər obyektiv mü¬sa¬bi¬qə keçirtmək istəyirdilərsə. Amma... “Dəvənin harası düz idi ki, boynu da düz olsun.”

Müəmmalarla dolu “uzun” siyahı

Müsabiqə fəaliyyətə başladıqdan sonra müəmmalı tərəfləri o qədər çox oldu ki, yaz¬maqla qurtaran deyil. Məlliflərdən tələb olunan anket də obyektiv məqsədlərə mü¬va¬fiq gəlmirdi. Müəllifin qısa tərcümeyi halının və hansı kitablarının nəşr elil¬mə¬si¬nin kimə nə dəxli vardı? Müəllif barəsində daha geniş məlumatı qalib müəyyən edil¬dik¬dən sonra da əldə et¬mək olardı. Qabaqcadan elə məlumatların alınması isə yalnız müəllifləri tanımağa, ki¬min-kim olmasını müəyyən etməyə hesablana bilərdi. Bu isə ədalətli seçim üçün yolverilməzdir. Ekspertlər şurasını müəllifin kimliyi deyil, əsərin keyfiyyəti maraqlandırmalı idi. Amma görünür bu heç də əsas meyar deyilmiş. Ni¬zam¬¬namənin “Mükafat prosesinin müddətləri” bölməsinə inansaq, elə çıxacaq ki, bu “mü¬sabiqə” hər il keçiriləcək.Amma yanvarın 26-da “uzun” siyahı təqdim edil¬dik¬dən sonra adamın heç inanmağı gəlmədi ki, belə ədalətsizliyi görmüş yazarlar bir də bu mü¬sabiqədə iştirak etmiş olsun. Dekabr ayının 31-də müsabiqəyə əsərlərin ve¬ril¬mə¬si ba¬şa çatdı. Yanvarın 26-a kimi uzun siyahı müəyyənləşdirildi. Deyilənə görə mü¬sa¬biqəyə 265 əsər verilmişdi. 3 əsərə bölsək, ən azı 85-90 müəllif deməkdir. 265 əsəri 5 nəfərlik Ekspertlər şurasının necə oxuduğunu təsəvvür etmək olmur. 265-i 26 günə bölsək günə ən azı 10 əsər düşür. Beş nəfərlik EŞ-da hər kəs hər gün ən azı 40 min işarəlik iki əsər oxuyub qurtarmalı və dəqiq qiymətləndirmə aparmalı imiş. Bu isə əsla inandırıcı deyil. EŞ-nın başqa iş-gücü yoxdur? Həm də axi nizamnamədə onların və Münsiflər heyətinin maliyyələndirilməsi barədə bir kəlmə də yazılmamışdı. Bu halda belə böyük məşəqqətə kim razı ola bilərdi. Çox güman ki, əsərlər müəlliflərin “vesinə” görə, səthi nəzər salınmaqla, gözəyarı ayrılmşdı. Bu isə böyük haqsızlıq demək idi! Müəllifin min bir əzab-əziyyət hesabına ərsəyə gətirdiyi əsərə kimsə bir an içində və gözəyarı qiymət verirdi. Başqa cür olduğuna inanmağa əsas verən bircə nüans da yox idi. Mən “uzun” siyahıdakı 20 müəllifin çoxunu tanıdığım üçün bil¬gilərimi Sizə təqdim edirəm. Görəsəksiniz ki, hamısı tanınmışlar, vəzifəlilər və Ba¬kı¬da məskunlaşmış müəlliflərdir. Bu halda Təşkilat komitəsi nə üçün rayonlara düş¬müş¬¬dü? Şou yapmaqdan, piyar düzəltməkdən başqa cavab varmı? Elə isə onların buk¬letlərində xüsusi yer almış “Azərbaycan ədəbiyyatı üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək yeni müəlliflərin tapılması və stimullaşdırılması” fikri nə demək idi? Olmaya 20-liyə salınmış xalq yazıçısı Mövlud Süleymanlı və ya Seyran Səxavət yeni müəllif idi? Mövlud Süleymanlı Az.TV-nin sədr müavinidir. 20-liyə daxil edilmiş Məqsəd Nur isə Az.TV-də “Xəbərlər” informasiya studiyasının rəh¬bəridir. Hünərin var onları seçmə! Şərif Ağayar Mədəniyyət və Turizm Nazir¬li¬yi¬nin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində işləyir. Əlabbas Bağırov Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və İstehlak Departamentinin mətbuat xid¬mə¬ti¬nin rəhbəridir. Azər Kamal son çağırış MM-in üzvü olmuş, hazırda Prezident Ad¬minis¬trasiyası Aqarar Siyasət Məsələləri şöbəsinin müdiridir. Kamran Nəzirli İpo¬teka Fondu katibliyinin rəhbəridir. Göründüyü kimi, hamısı dəyərli və lazımlı insan¬lar¬dır. Yenə də deyim? Fəxri Uğurlu “Altun Kitab” Nəşrlər evində baş redaktordur. Rəna Yüzbaşı “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə İctimai Birliyinin icraçı direktorudur. Yusif Şükürlü Azərbaycan Müəllimlər İnstitutu Şəki şöbəsinin “Təbiət elmləri və tədrisi metodikası” kafedrasının müdiridir. Əjdər Ol Sosial Müdafiə Fondunun İdarə rəisidir. Elxan Qaraqan isə reperdir. Bəli, reper! Bəxtəvər başımıza! Əla seçimdir! Əmin ola bilərik ki, əgər Namiq Qaraçuxurlu və ya Aygün Kazımova da nəsə yazıb verərdilərsə, hökmən, min faiz 20-liyə düşərdilər. Mə¬nim zənnimcə bu sırada təkcə Həmid Herisçi hazırda bir elə vəzifə sahibi deyil. Onun və Rafiq Tağının da yəqin ki, yaxşı yazıçı olaraq reytinqini və ya qopara bi¬lə¬cəyi küy-kələyi nəzərə alıblar. Belələri də olmalı imiş ki, bu 20-liyə nəzər dəy¬mə¬sin deyə. “Pragma” İstimai siyasət Mərkəzinin direktoru Taleh Şahsuvarlı da bu mənada çox təh¬lükəlidir, əks təqdirdə onlar üçün yerdə bir şey saxlamazdı. Hərçənd ki, dünya üzrə götürdükdə kiminsə yüksək, kiminsə aşağı, kiminsə yağlı, kiminsə yavan və¬zi¬fə¬də işləməsinin onun yazdığı əsərin keyfiyyətinə heç bir dəxli yoxdur. Amma burası Azər¬baycandır deyə xatırlatdım. Bu arada Nigar xanım müsahibə verib deyir ki, guya ona təzyiqlər olub, nə bilim rüşvət təklif ediblər, hətta ətir-flan, rayon pen¬diri gəti¬rib¬lər, amma onlar almayıb və öz obyektivliyini əldən verməyiblər. Mərhəba! Yox bir bo¬ranı vermək istəyiblər! 20-lik siyahıya baxarkən obyektivliyin dərəcəsi elə yaxşı bəl¬li olur! Görünür 20-liyə digər düşməyənlər bir elə vecə gələn mənsəb və məş¬¬hur imza sahibi olmayıblar. Və yaxud da daha yüksək vəzifəli və imkanlı ya¬zar¬lar üç min manata görə bu müsabiqəyə qoşulardılarsa, buradakıların əksəriyyəti sı¬raya salın¬maz¬dı. Məsələn, çox hörmətli Hüseynbala Mirələmov və ya Ənvər Seyidov əsər versəydi onlara bərabər nəzərlərlə baxa biləcəkdilərmi? Bütün bunları qa¬baq¬ca¬dan bilmədən və nəzərə almadan obyektiv müsabiqə keçirtmək ideyası utopiyadır və ya gözə kül üfürmək üçündür.Bax, ona görə də anonim müsabiqə keçirilməli idi. Bu ol¬mayıbsa, deməli, obyektivliyə qabaqcadan və düşünülmüş şəkildə əhəmiyyət ve¬ril¬məyib.

Müsabiqənin sonrası barədə acı və şirin mülahizələr

“Uzun siyahı” elan olunana qədər hamı ilk obyektiv müsabiqənin şahidi olacağını dü¬şünürdü. Amma yenə də ümidlər qırıldı. Buna görə də bizdə hər müsabiqə yalnız 1-ci dəfə hörmətli olur. Sonra üstündən heç bir ay ötməmiş unudulur, sadə sta¬tis¬ti¬ka¬ya çevrilir. İnişil keçirilən “Qızıl kəlmə” müsabiqəsi də elə oldu. Gərək hər şey əda¬lət¬li olsun ki, insanlar öz məğlubiyyətini etiraf edə bilsinlər. Yuxarıdakı mənsəb siya¬hısını görən yazar obyektivliyə inana bilərmi? Bir çoxu abrına bükülüb səsini çı¬xart¬mayacaq. Çünki səsini çıxardacağı halda “uzun siyahı”da yer alanlardan daha zəif ya¬zıçı olduğunu biruzə verəcəyini düşünəcək. Amma səhv qənaətdir. Məncə “bəyə¬nil¬məyənlər” susmaqla “Milli Kitab” adı altında spekulyatsiya edənlərin dəyirmanına su tökmüş olacaq. “Müsabiqənin” təşkilat komitəsi inanmıram ki, onların hamısının si¬ya¬hısını dərc etsin. Çünki bu halda ictimaiyyət kimlərin “seçilmədiyi” ilə seçi¬lən¬lə¬rin fərqini gec-tez görəcək. Bəlkə də heç o qədər əsər olmayıb. Buyursunlar subut et¬sin¬lər. Əvvəl-axır hər kəs öz yerini bilməli və ictimai dəyər daşıyan məsələlərdə eh¬ti¬yat¬lı olmalıdır. Müsabiqənin nə üçün AzYB tərəfindən keçirilməməsi də müəyyən su¬allar doğurur. Bu iş axı “kakoy-to” kitab evinin işi deyil! Amma mən əminəm ki, əgər bunu AzYB keçirdərdisə, bir bu qədər sponsor, təşkilati dəstək və media-partnyor toplaya bilməzdi. Görəsən nə üçün? Çünki AzYB əslində “ofsayt” vəziyyətə salınıb. Məncə daha kimsə AzYB-ə iltifat göstərə bilməz. Bu qurumun görməli olduğu işin onun qurultay ilində adi bir kitab mağazasına həvalə edilməsi, özünü isə xoşluqla, ya naxoşluqla yalnız müsabiqəyə dəstək vermək vəziyyətinə salınması, bir mağazanın ye¬dəyində getməsi çox incə mətləblərdən xəbər verir. Bu məsələnin üzərinə çox get¬mə¬¬yə ehtiyac bilmirəm – özləri bilər. Deyim ki,“qısa siyahı” üzə çıxandan sonra zid¬diyyətlər kəskinləşəcək, indi 20-likdə xamuş olan və özlərini ən “bərkgedən” yazıçı hesab edən yazarlar ayağa qalxacaqlar. Çünki 10-luğun seçimi də 20-liyin seçimi kimi keyfiyyətə görə müəyyənləşməyəcək, o halda daha digər parametrlər işə Salı¬na¬caq. Bunları düşənərək 20-liyə düşməyənləri təbrik etmək də olar. Münaqişəli və əsə¬bi vəziyyətdən daha tez uzaqlaşdılar, canları qurtardı. Bu müsabiqənin 1-ci mərhə¬lə¬sin¬dən keçməyən əsərlər bəlkə də keçənlərdən daha keyfiyyətlidir. Biz buna müsa¬bi¬qə bitdikdən sonra daha dəqiq cavab tapacağıq. Mən özümün təqdim etdiyim “Qa¬la¬nın son günü” və “Prezident” povestini və ya ilk musiqili(simfonik) roman növü sa¬yı¬la biləcək “Son və başlanğıc” romanını tərifləmək və hamısından daha üstün oldu¬ğu¬nu iddia etmək fikrində deyiləm. Hər halda ədəbiyyatşünas alim, professor Şamil Vəliyev nəşrə hazırlandığı üçün bu romanı oxumuş və barəsində çox geniş və müsbət rəy yazmışdır. İnanmıram ki, Ekspertlər şurasında kimsə Şamil müəllimdən daha ma¬hir ədəbiyyatşünas sayılsın. O mənada 20-liyə düşməmək heç umurumda da deyil. Əksinə, yalnız buna görə ekspertlər şurasına minnətdarlıq etməyim lazım. Ac başım, dinc başım. Sözüm yalnız ədalət naminədir və istəyirəm fikirləşməsinlər ki, bizi bar¬maq¬larına dolaya bildilər. Barmağa dolananlar oldu, amma onlar heç də 20-liyə salın¬ma¬yanlar sırasında deyil. Müsabiqələr təkcə ədəbi mühitdə yox, həm də ölkənin ictimai həyatında canlanmaya və ruh yüksəkliyinə səbəb olur. “MKM” olacaqmı? Buna görə ədalət və halallıq prinsipləri əsas götürülməli idi. Bu çətin məsələdir, bəli, amma elə hünər də buna nail olmaqdadır. Yoxsa ki, haradansa maddi və mənəvi dəstək əldə edərək və ya buna layiq bilinərək, münasib seçilərək ortaya çıxarılmaq heç də böyük qəhrəmanlıq deyil və ardını təkcə Nigar Köçərli yox, hər kəs bacarardı və mən əminəm ki, başqaları heç də ondan zəif görünməzdi. Bir azca mahir təşkilatçı yüksək səviyyədə qəbul olunduğu rayonlara, ali məktəblərə və təşkilatlara bir də getmək, yazarlarla görüşmək və ədəbi ictimaiyyətə bir də müraciət etmək üçün üz saxlamağı da unutmamalı idi. Buna görə müsabiqənin 1-ci mərhələsində hər 100 əsərə görə 20 əsər seçilməklə şansları artırmaq daha düzgün olardı. Nizamnamədə EŞ-na müstəsna halda “uzun siyahı”nın say tərkibini artırmaq səlahiyyəti də verilə bilərdi. Bu halda 265 əsərdən ən azı 50 əsərin seçilməsi daha çox məqsədəmüvafiq olar və ədəbiyyatın təbliğinə daha güclü təkan verərdi. Belə vəziyyət kəskin ziddiyyət də doğurmazdı. 2-ci mərhələdə 50-dən 25, yalnız 3-cü mərhələdə 12 əsərdən ibarət “qısa siyahı” seçmək və bunu nəşr etdirib yaymaq və həm məxvi münsiflər heyətinin, həm də internet oxucularının ixtiyarına buraxmaq münasib sayılardı. Beş nəfərlik EŞ-na 265 əsəri oxumaq üçün 26 gün, 10 əsəri oxuyub dəyərləndirmək üçün isə 12 nə¬fər¬lik Münsiflər heyətinə 70 gün vaxt verilməsi də lətifə mövzusu sayılmalıdır. Bu yerdə çukçaların ölənlərinə ayrıca rəhmət düşür. Müsabiqənin əyalətlərdə də müəyyən ma¬raq oyatması üçün orada yaşayan yazarların təmsilçiliyinə üstünlük verilməsini nə¬zər¬də saxlamağa dəyərdi. Dünyanın heç bir ölkəsində bütün yazarlar yalnız paytaxtda məs¬kunlaşmaqla ədəbi aləmə daxil olmur. Belə münasibət gördüyü üçün hamı Bakıya can atır. Onsuz da internet əyalət-şəhər fərqini aradan qaldırmaqdadır. Guya ki, Bakıda qaynar ədəbi mühit var? Bakıda sadəcə paytaxt üstünlükləri var ki, əslində bunun yalnız siyasətə və iqtisadiyyata daha çox aidiyyatı ola bilər. Əyalətdə yaşayan yazarlar bütün müsabiqələrdə özlərinə qarşı ögey münasibəti hiss edirlər və bunu açıq etiraf etməkdən də çəkinmirlər. “MKM” daha bir nümunə oldu. Sonuncu mər¬hələdə SMS-lə bal verilməsi zamanı əyalətdə yaşayan yazarlar daha böyük aktivlik gös¬tərəcək və müsabiqənin biznes uğuru da təmin olunacaqdı. Amma olmadı. Bu qə¬dər bacardılar, bunu etdilər. Daha forsla sinələrinə döyməsinlər ki, böyük və savab iş görürlər. Məncə “seçilməyənlər” əsla ruhdan düşməməlidir. Neft və milyardlar səltə¬nə¬tində 3000 manat bir elə böyük məbləğ deyil. Əsas olan ədəbi mühitdə sakitliyin po¬zulması və aktivləşə biləcəyi ehtimalı idi. Təəssüf ki, bu müsabiqə ədəbiyyatımızın inkişafına ciddi təkan verməyəcək. Görünən kəndə nə bələdçi, indidən məlumdur ki,onun doğurduğu rezonans ədəbiyyatımızda canlanmaya səbəb olmayacaq. Olsa-olsa yazarlar arasında nifaq, ziddiyət və pessimizm yarada bilər. Siftəsi kor qoyulan işlərin sonu əvvəlində bəlli olur. Məsələnin ən pis tərəfi odur ki, yazarların inamı, ümidi daha bir dəfə qırıldı. Amma yaxşı ki, ədəbiyyatımızı böyük uğurlara aparacaq ədəbi hadisələrin mövcudluğuna, gözəl əsərlərin yazılacağına və oxucu potensialının yüksələcəyinə ümidlər ölməmişdir. Sonuncu ölən ümidlərdir. Buna isə Azərbaycan Ədəbiyyatını yaratmış və öz əsərləri ilə onun keşiyində durmuş dahi yazarlarımızın ulu ruhu imkan verməz.